AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Prezident İlham Əliyevin rəhbərliyi və Qubadlı Zəfəri

Qubadlı şəhərinin 2020-ci il oktyabrın 25-də işğaldan azad edilməsi Azərbaycanın hərbi-siyasi tarixində əlamətdar hadisədir. Bu qələbə Vətən müharibəsinin gedişinə mühüm təsir göstərərək ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində ciddi irəliləyiş yaratdı. Qubadlı Zəfəri milli iradənin, dövlətçilik qətiyyətinin və xalqımızın tarixi ədalətə inamının təcəssümünə çevrildi.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi potensialının artırılması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi prioritet istiqamətlərdən olub. Ordunun müasirləşdirilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması və müasir hərbi texnologiyaların tətbiqi Vətən müharibəsində qazanılan uğurlar üçün mühüm zəmin yaratdı.

Qubadlı istiqamətində həyata keçirilən əməliyyatlar Azərbaycan Ordusunun yüksək hazırlığını və döyüş meydanında təşəbbüsü ələ almaq bacarığını nümayiş etdirdi. Oktyabrın 25-də şəhərin azad olunması düşmənin müdafiə sisteminə ciddi zərbə vurdu. Bu uğur sonrakı əməliyyatlar, xüsusilə Laçın istiqamətində irəliləyiş baxımından mühüm əhəmiyyət daşıdı.

Prezident İlham Əliyevin qələbə xəbərlərini xalqa çatdırması cəmiyyətdə ruh yüksəkliyini artırırdı. Dövlət başçısının çıxışları və beynəlxalq mediaya verdiyi müsahibələr Azərbaycanın haqq mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edirdi. Hərbi uğurların siyasi və diplomatik fəaliyyətlə tamamlanması ölkəmizin strateji məqsədlərinə çatmasına kömək etdi.

Bu gün Qubadlıda həyata keçirilən layihələr həmin rəhbərliyin quruculuq mərhələsindəki davamını əks etdirir. Yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yaradılması və iqtisadi imkanların genişləndirilməsi rayonun gələcəyini müəyyənləşdirir. Qubadlı Zəfəri Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin və inkişaf strategiyasının mühüm nümunəsidir.

Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button