AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Suverenlik Zəfəri

Siyasi analitik müstəvidə 20 sentyabr antiterror əməliyyatı dövlət idarəçiliyinin, hərbi qüdrətin və strateji kommunikasiyanın unikal bir vəhdəti kimi qiymətləndirilir. Proseslərin idarə edilməsindəki zərgər dəqiqliyi Prezident İlham Əliyev siyasətinin ən mürəkkəb böhranları belə öz xeyrinə həll etmək qabiliyyətini nümayiş etdirir. Əməliyyatın cəmi 23 saat ərzində və mülki itkilər olmadan başa çatması beynəlxalq hərb tarixində yeni bir presedent yaratmışdır.

Separatçı xuntanın diplomatik təcrid vəziyyətinə salınması hərbi əməliyyatdan qat-qat əvvəl başlamış strateji gedişlərin nəticəsi idi. Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti məlumatlandırmaqla və beynəlxalq hüquq normalarına istinad etməklə hərbi müdaxilənin məntiqi və hüquqi əsaslarını qüsursuz şəkildə formalaşdırdı. Bu diplomatik manevrlər əməliyyat zamanı Azərbaycana qarşı yaradıla biləcək qlobal təzyiq mexanizmlərini əvvəlcədən sıradan çıxardı.

İnstitusional bütövlüyün bərpası Azərbaycanın mərkəzi hakimiyyətinin Qarabağda daimi və şərtsiz mövcudluğunu rəsmiləşdirdi. Prezident İlham Əliyev tərəfindən həmin ərazilərdə inzibati idarəetmə orqanlarının fəaliyyətinin dərhal bərpa edilməsi dövlət suverenliyinin geriyədönməzliyini təmin etdi. Bu addım eyni zamanda xarici aktorlara Azərbaycanın daxili işlərinə müdaxilənin mümkünsüzlüyü barədə qəti mesaj verdi.

20 Sentyabr Dövlət Suverenliyi Günü xalq-iqtidar birliyinin mütləq nəticəsi və milli qürurun bərpası tarixidir. Bu zəfər göstərdi ki, siyasi iradə və hərbi qüdrət düzgün uzlaşdırıldıqda hətta ən mürəkkəb geosiyasi düyünləri də qısa müddətdə açmaq mümkündür.

Firuzə Əmirova, 

YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button