Mədəniyyət

Putin onu “Dostluq” ordeni ilə təltif etdi

ABŞ-li aktyor Stiven Siqal “Dostluq” ordeni ilə təltif edilib.

Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Mükafat Siqala beynəlxalq mədəni və humanitar əməkdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə verilib.

Qeyd edək ki, Siqal Rusiya Xarici İşlər Nazirliyinin ABŞ və Yaponiya ilə humanitar əlaqələr üzrə xüsusi nümayəndəsidir.

O, 2016-cı ildə Rusiya vətəndaşlığını alıb.

Oxşar Xəbərlər

Back to top button