Analitika

Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz

Azərbaycan qadını tarixin bütün dövrlərində yüksək mənəvi-əxlaqi xüsusiyyətləri öz xarakterində birləşdirib. Qədim köklərə söykənən milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən bir ana olaraq həmişə dərin hörmət və ehtirama layiq olub. Xalqımızın Tomrisi, Nüşabəsi, Natəvanı, Burlaxatunu, Həcəri və bunların qəhrəmanlıq obrazında neçə-neçə igid qadınları olub. Bu qadınlar öz ağılları, düşüncə tərzi, öyüd-nəsihətləri ilə xalqımızın ölüm-dirim mübarizəsində böyük qələbələrin qazanılmasında şücaətlər göstərmişlər. Azərbaycan qadını qəlbinin saflığı, bir elin, bir obanın, böyük bir məmləkətin qiymətli xəzinəsi kimi ad qazanıb. Müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verərək demişdir: “Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik”. “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalaması bu qayğının bariz nümunəsidir. Bu ənənələrə sadiq qalan cənab Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasına xüsusi önəm verir. Azərbaycan qadını artıq cəmiyyətimizdə öz layiqli yerini tutmuşdur. Bu gün qadınlar ölkəmizdə ən yüksək vəzifələrdə çalışırlar. Fəxrlə deyə bilərik ki, Azərbaycanın birinci vitse-prezidenti , ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdir.

Sübhan Ərəbi ,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button