AnalitikaGündəmSiyasət

Qarabağda quruculuq və qayıdış: Azərbaycanın yeni reallıqları erməni revanşizminin saxta təbliğatını sarsıdır

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusunnümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ölkəmizinreallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımındanmühüm əhəmiyyət daşıyan hadisələrdən biridir. Bu səfər, ilknövbədə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəhəyata keçirilən genişmiqyaslı quruculuq və bərpa prosesini, burada yaradılan yeni həyatın miqyasını və dövlətimizinregionun gələcəyinə dair aydın baxışını nümayiş etdirir. Eynizamanda, səfər uzun illər ərzində erməni təbliğatının yaratmağaçalışdığı saxta təsəvvürlərin real mənzərə ilə əvəzlənməsinəxidmət edir.Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərizamanı gördükləri mənzərə bir həqiqəti bir daha ortaya qoyur: Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpaetdikdən sonra qarşısına dağıntılar üzərində yeni və müasirhəyat qurmaq məqsədi qoyub. Vaxtilə işğal altında saxlanılanərazilərimizdə bu gün yollar çəkilir, hava limanları, yaşayışməhəllələri, məktəblər, xəstəxanalar və sosial obyektlər inşaolunur. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarınadönən vətəndaşlarımız öz ata-baba torpaqlarında yeni həyatabaşlayırlar. Bütün bunlar Azərbaycanın yalnız hərbi qələbəqazanan deyil, həm də sülhü, sabitliyi və inkişafı təmin edəndövlət olduğunu göstərir.Məhz bu reallıqlar erməni revanşistdairələrində ciddi narahatlıq doğurur. Çünki Ermənistanınmüəyyən siyasi dairələri və revanşist qüvvələri uzun illərərzində Qarabağ məsələsini beynəlxalq gündəmdə saxlamaq, Azərbaycan əraziləri ilə bağlı saxta iddiaları müxtəlifplatformalarda gündəmə gətirmək və dünya ictimaiyyətindəyanlış təsəvvür formalaşdırmaq üçün sistemli şəkildə fəaliyyətgöstəriblər. Lakin bu gün Qarabağda gedən quruculuq işlərihəmin təbliğatın bütün dayaqlarını sarsıdır.

Diplomatik nümayəndələrin bölgəyə səfəri ermənirevanşizminin ən çox qorxduğu məqamlardan birini — həqiqətin yerindəcə görülməsini təmin edir. Artıq Azərbaycanhaqqında məlumatlar yalnız Ermənistanın təqdim etdiyibirtərəfli və təhrif olunmuş materiallarla məhdudlaşmır. Xaricidiplomatlar bölgəyə səfər edir, dağıntıların miqyasını öz gözləriilə görür, bərpa prosesinin şahidi olur və Azərbaycan dövlətininhəyata keçirdiyi layihələrlə yaxından tanış olurlar. Bu isə saxtatəbliğatın təsir imkanlarını əhəmiyyətli dərəcədə azaldır.Ermənirevanşistlərinin bu cür səfərlərə qarşı sərgilədikləri aqressivmünasibət də təsadüfi deyil. Çünki reallıq onların illər ərzindəyaratmağa çalışdıqları mifləri dağıdır. Qarabağda bu günqurulan şəhərlər, kəndlər, yeni yollar və müasir infrastrukturAzərbaycanın gələcəyə baxışının göstəricisidir. Keçmişindağıntıları üzərində gələcəyin qurulması təkcə iqtisadi və sosiallayihə deyil, həm də tarixi ədalətin bərpasının parlaqnümunəsidir.Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyatakeçirilən siyasətin əsas xüsusiyyətlərindən biri də bundanibarətdir ki, ölkəmiz əldə etdiyi tarixi Zəfəri revanş və intiqamsiyasətinə deyil, quruculuğa və sülhə yönəldib. AzərbaycanQarabağda yeni həyat qurmaqla bütün dünyaya göstərir ki, məqsəd yalnız ərazi bütövlüyünü bərpa etmək deyil, həminəraziləri ölkənin ən müasir və inkişaf etmiş regionlarından birinəçevirməkdir. Bu siyasət dövlətimizin gücünü, siyasi iradəsini vəgələcəyə hesablanmış strateji yanaşmasını nümayiş etdirir.

Bu gün Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın inkişafxəritəsinin mühüm hissəsinə çevrilib. Zəngilan, Füzuli, Ağdam, Laçın, Cəbrayıl, Kəlbəcər və digər ərazilərdə aparılan işlərmiqyasına görə region üçün nümunə təşkil edir. Yeni yaşayışməntəqələrinin salınması, insanların mərhələli şəkildə özyurdlarına qaytarılması və iqtisadi potensialın bərpa edilməsiAzərbaycanın işğaldan azad edilmiş ərazilərdə uzunmüddətliinkişaf strategiyasının əsas istiqamətlərindəndir.Ermənirevanşizmi isə məhz bu mənzərənin fonunda daha da mənasız vədayaqsız görünür. Çünki tarix dəyişdirilə bilmədiyi kimi, reallıqda təbliğatla gizlədilə bilməz. Azərbaycanın ərazi bütövlüyü vəsuverenliyi bərpa olunub və ölkəmiz bu reallığı artıqgenişmiqyaslı quruculuq fəaliyyəti ilə möhkəmləndirir. Xaricidiplomatların bölgəyə səfərləri də həmin reallığın beynəlxalqictimaiyyət tərəfindən daha yaxından müşahidə edilməsinəimkan yaradır.Bu səfərlər eyni zamanda Azərbaycanın regiondasülh və əməkdaşlıq gündəliyinə sadiqliyini nümayiş etdirir. Azərbaycan bölgənin gələcəyini qarşıdurmada deyil, iqtisadiəlaqələrin genişlənməsində, kommunikasiya xətlərininaçılmasında, xalqlar arasında etimadın möhkəmlənməsindəgörür. Ermənistanda isə hələ də keçmişin stereotipləri iləyaşayan, yeni reallıqları qəbul etmək istəməyən qüvvələrinmövcudluğu təəssüf doğurur.

Lakin zaman öz sözünü deyir. Qarabağda ucalan hər yeni bina, çəkilən hər yeni yol, salınan hər yeni yaşayış məhəlləsiAzərbaycanın gələcəyə doğru atdığı daha bir addımdır. Doğmatorpaqlarına qayıdan insanların gülüşü isə işğalın yaratdığı ağrılısəhifənin artıq geridə qaldığının ən canlı ifadəsidir. Bumənzərəni görən diplomatik nümayəndələr üçün Azərbaycanınmövqeyini anlamaq yalnız siyasi bəyanatlarla deyil, real həyatlamümkün olur.Erməni revanşist qüvvələrin narahatlığı da məhzburadan qaynaqlanır. Onlar anlayırlar ki, Qarabağ həqiqətlərinitəhrif etmək üçün qurduqları informasiya səddi getdikcə dağılır. Azərbaycan öz sözünü yalnız diplomatik masalarda deyil, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi nəhənglayihələrlə də deyir. Bu söz isə konkret nəticələrlə, quruculuqla, qayıdışla və inkişafla ifadə olunur.Bu gün Azərbaycan xalqınınqarşısında yeni tarixi mərhələ dayanır. Qarabağda və ŞərqiZəngəzurda aparılan bərpa işləri milli iradənin, dövlət gücününvə Prezident İlham Əliyevin uzaqgörən siyasətinintəcəssümüdür. Xarici diplomatların bu torpaqlara səfəri həminreallıqların beynəlxalq aləmdə daha geniş tanınmasına xidmətedir. Revanşist dairələrin bundan narahat olması isə onlarınkeçmişə bağlı mövqelərinin yeni reallıqlar qarşısında nə qədərdayanıqsız olduğunu bir daha göstərir.

Azərbaycan artıq öz tarixinin yeni səhifəsini yazır. Bu səhifəninadı quruculuq, qayıdış, inkişaf və sülhdür. Qarabağ və ŞərqiZəngəzurda bərpa olunan həyat isə Azərbaycan dövlətiningücünün və xalqımızın iradəsinin ən möhtəşəm ifadəsidir. Ermənistanın revanşist qüvvələri nə qədər etiraz etsələr də, bureallığı dəyişmək mümkün deyil. Çünki artıq danışan yalnızsiyasi bəyanatlar deyil — Qarabağın özüdür.

Sunay Hacıyeva,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button