AnalitikaGündəmSiyasət

Qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri

Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsi son illərdə ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biri olub. İki dost ölkə arasında əlaqələr təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində inkişaf edir. Eyni zamanda Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar.Eyni zamanda, Azərbaycan ilə “xüsusi münasibətlər” nəzərə alınaraq, Macarıstan COP29-da belə tədbirlərə ənənəvi yanaşmaya uyğun olaraq ölkə prezidenti səviyyəsində deyil, istisna hal kimi Baş nazir səviyyəsində təmsil olunub.

Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu və Budapeştdəki Nümayəndəlik Ofisinin fəaliyyəti, bu ölkənin özünü həm Avropanın ən Şərq, həm də Türk dünyasının ən Qərb dövləti kimi təqdim etməsi artıq diplomatik poetika deyil – bu, geo­siyasi amildir. Viktor Orbanın Şuşaya səfəri və Macarıstanın TDT-nin qeyri-rəsmi zirvə toplantısında iştirakı onu göstərir ki, bu ölkə Avropa ilə Türk dünyası arasında körpü rolunu oynamaq niyyətindədir. Azərbaycan isə bu körpünün təməlində dayanan mühüm aktordur.

Qarşılıqlı etimada əsaslanan Azərbaycan Respublikası ilə Macarıstan dostluq münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək. Ölkələrimiz arasında mövcud olan münasibətlərin inkişafı meyilləri bunu deməyə əsas verir ki, Azərbaycan-Macarıstan əlaqələri regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.

Leyla Babışova,
YAP Şuşa rayon təşkilatının sədr müavini 

Oxşar Xəbərlər

Back to top button