Analitika

Qoşulmama Hərəkatında Azərbaycanın milli maraqları

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü artıq başa çatdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin oradakı çıxışı bizim üçün bir sıra önəmli məqamlarla yadda qalacaq. Bu Zirvədən tam aydın oldu ki, dövlətimiz Qoşulmama Hərakatına sədrlikdən həm onun nüfuzunun atması, həm də milli maraqlarımızın təmini yönündə faydalanmağa davam edir.

Hərakata sədrliyimizin ilk vaxtlarında bu, qətiyyən proqnozlaşdırılmırdı. Onun COVID-19 pandemiyasıyla eyni vaxta düşməsi Azərbaycanı böyük sınaqla üz-üzə qoymuşdu və açığını demək gərəkirsə, bu, heç də xeyrimizə olmayan bir situasiya idi. Amma cənab İlham Əliyevın təkcə ölkəsinin deyil, regionun da sərhədlərini aşan təşkilatçılıq bacarığı və təşəbbüskarlığı, qlobal miqyaslı liderlik keyfiyyəti nəticəsində əleyhimizə işləyən situasiyanı xeyrimizə çevirə bildik.

2020-ci ilin mayındakı bu tədbirin ardından yenə də Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyası çağrıldı. O, 2020-ci ilin dekabrında ikinci Qarabağ savaşından az sonra baş tutdu. Sözü gedən savaşın nəticələrindən narazı qalan bəzi böyük dövlətlərin Azərbaycanı təcridə, dünyanı ölkəmizin əleyhinə qaldırmaq cəhdləri fonunda bu sessiyanın keçirilməsi bizim Zəfərimizin siyasi və diplomatik müstəvidə təsdiqlənməsinə xidmət edən ilk addımlardan biri idi. Orasını da deyək ki, Azərbaycanın kasıb dövlətlərin də vaksinə əlçatanlıqlarını təmin etmək yönündəki səyləri heç də nəticəsiz ötüşmədi, BMT-nin İnsan Hüquqları Şurasında və Baş Assambleyasında 2021-ci ildə bununla bağlı iki qətnamə qəbul olundu.

COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifimiz də son dərəcə aktual məsələdir. Cənab Prezidentin Afrika və kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək çağırışı və bunun üçün ilk donorluğu üzərimizə götütüb iki milyon dollar ayırması yəqin ki, uzun illər minnətdarlıqla xatırlanacaq və dövlətizimin maraqlarına xidmət edəcək.

Azərbaycan BMT Təhkükəsizlik Şurasına sədrlik etdiyi zaman da Prezident İlham Əliyev qlobal proseslərlə bağlı bəzi böyük güclərinki ilə üst-üstə düşməyən mövqe sərgiləmək, təşəbbüs irəli sürməklə bizim əksər kiçik ölkələrdən fərqləndiyimizi ortaya qoymuşdu. Qoşulmama Hərakatına sədrlik dönəmində isə bu, daha qabarıq göründü. Hərakat Azərbaycan üçün özünün yumşaq güc potensialını sərgiləyə və ondan çox rasionalcasına faydalana bildiyi bir platforma oldu.

Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında Qoşulmama Hərəkatına sədrlik edəcək dövlətin də yer alması, onun ikinci ən böyük beynəlxalq təsisat olaraq yeni dünya düzəninin formalaşmasında fəal rol oynamasına yönəlik çağırışları da o qəbildəndir. Azərbaycanın dövlət başçısı bununla kifayətlənməyərək, ümumiyyətlə təklif edir ki, Qoşulmama Hərəkatı üzv dövlətlər arsında münaqişə və narazılıqların çözüldüyü bir platformaya da çevrilsin. Həmən münaqişə və narazılıqlardan öz məqsədləri üçün faydalanmağa çalışan Fransa kimi müstəmləkəçi ölkələrə ehtiyac qalmayacaq.

Qoşulmama Hərkatına sədrlik etdiyimiz müddətdə ən sevindiricisi və dövlətimizə hörmət gətirən məqam odur ki, Azərbaycan bundan təkcə özü üçün faydalanmadı.

Azərbaycandan sonra Qoşulmama Hərəkatına sədrlik edəcək digər dövlətlər də, bizim kimi təşəbbüskarlıq və prinsipiallıq göstərsələr, kimin necə yanaşmasından asılı olmayaraq o, Prezident İlham Əliyevin görmək istədiyi quruma çevriləcək.

Murad Zeynalov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button