Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib

Prezident İlham Əliyev 2 mart tarixində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış etmişdir. Çıxışına iştirakçıları salamlayaraq başlayan ölkə başçısı ölkəmizin 2019-cu ildə Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyinə başladığını bildirdi və sədrlik müddətinin yekdil qərarla daha bir il uzadıldığını da vurğuladı. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədinin ədaləti və beynəlxalq hüququ müdafiə etmək olduğunu, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edildiyini söylədi.
Ölkə başçısı çıxışını davam edərək Azərbaycanın 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdüyünü, Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılmasının qərara alındığını dedi. Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün sözügedən məlumat bazasına istinad etdiyini də vurğuladı.
Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazanması məsələsinə diqqət çəkən prezidentimiz xüsusi sessiyanın 2020-ci ilin dekabr ayında keçirildiyini və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış etdiyini, xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyini qeyd etdi. Söylədi ki, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib. Ölkə başçısı söylədi ki, bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi” pandemiya ilə mübarizədə ciddi maneədir. Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı olmuşdur.
Daha sonra Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi barədə danışaraq hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdiyini dilə gətirdi. Bildirdi ki, Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib. Həmçinin Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib və şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib.
Ölkə başçısı xatırlatdı ki, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb və Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.
İkili standartlar məsələsinə toxunan prezidentimiz suverenliyin və ərazi bütövlüyünün pozulmasının , dövlətlərin daxili işlərinə müdaxilə hallarının daha çox müşahidə olunmaqda olduğunu söyləyərək aparıcı beynəlxalq təşkilatların qərarlarının ya icra olunmadığını ya da selektiv yanaşma və ikili standartlar tətbiq edildiyini söyləmişdir.
Yeni dünya düzəninin yenidən formalaşdığını yada salan İlham Əliyev söylədi ki, indi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağıraraq nəzərə çatdırdı ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Eləcə də ,qeyd etdi ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. O Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.
Dünyada uzun illərdir müzakirə olunan mühüm məsələnin BMT sistemində aparılan islahatlar olduğunu söyləyən ölkə başçısı BMT Təhlükəsizlik Şurasının keçmişi xatırlatdığını və indiki reallığı əks etdirmədiyi söylədi.
Qarabağda işğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını xatırladaraq bütün mədəni və dini abidələrin talan və qarət edildiyini, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin klassik urbisid, kultursid və ekosid nümunələr olduğunu söylədi. O bildirdi ki,2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Ermənistanın işğalına görə Azərbaycanın dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasında olduğunu, İkinci Qarabağ müharibəsindən sonra 300 azərbaycanlının mina partlayışı nəticəsində həlak olduğunu və ya yaralandığını da təəssüf hissi ilə dilə gətirdi.
Prezident İlham Əliyev münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycanın sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim etdiyini qeyd edərək çıxışını yekunlaşdırdı.Ölkə başçısı söylədi ki, bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi” pandemiya ilə mübarizədə ciddi maneədir. Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı olmuşdur.
Daha sonra Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi barədə danışaraq hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdiyini dilə gətirdi. Bildirdi ki, Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib. Həmçinin Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib və şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib.
Ölkə başçısı xatırlatdı ki, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb və Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.
İkili standartlar məsələsinə toxunan Prezidentimiz suverenliyin və ərazi bütövlüyünün pozulmasının, dövlətlərin daxili işlərinə müdaxilə hallarının daha çox müşahidə olunmaqda olduğunu nəzərə çatdıraraq beynəlxalq təşkilatların qərarlarının ya icra olunmadığını ya da selektiv yanaşma və ikili standartlar tətbiq edildiyini söyləmişdir.
Yeni dünya düzəninin yenidən formalaşdığını yada salan İlham Əliyev ki, indi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağıraraq vurğuladı ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Eləcə də ,qeyd etdi ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. O Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.
Dünyada uzun illərdir müzakirə olunan mühüm məsələnin BMT sistemində aparılan islahatlar olduğunu deyən ölkə başçısı BMT Təhlükəsizlik Şurasının keçmişi xatırlatdığını və indiki reallığı əks etdirmədiyi söylədi.
Qarabağda işğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını xatırladaraq bütün mədəni və dini abidələrin talan və qarət edildiyini, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin klassik urbisid, kultursid və ekosid nümunələr olduğunu söylədi. O bildirdi ki,2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Ermənistanın işğalına görə Azərbaycanın dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasında olduğunu, İkinci Qarabağ müharibəsindən sonra 300 azərbaycanlının mina partlayışı nəticəsində həlak olduğunu və ya yaralandığını da təəssüf hissi ilə dilə gətirdi.
Prezident İlham Əliyev münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycanın sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim etdiyini qeyd edərək çıxışını yekunlaşdırdı.
Muradova Nərgiz,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi