GündəmSiyasət

Regionumuzda ekoloji məsələlərin qorunması mühüm məsələdir

Canlı və cansız varlıqların nizam-intizamla hərəkət etdiyi ekosistemdə ekologiyanın pisləşməsinin birdən çox səbəbi var. Ətraf mühitin çirklənməsi ekoloji mühiti pozan aparıcı amillərdən biridir və ətraf mühitin çirklənməsi bütün ekosistemə təsir edir, geri dönməz ekoloji problemlər yaradır. Bundan başqa enerjinin intensiv istifadəsi ekosistemin pisləşməsinə səbəb olur. Xüsusilə təkrar emal olunmayan qalıq yanacaqların şüursuz istifadəsi ekologiyanı ciddi şəkildə məhv edir. Meşələrin ekosistemdəki yeri danılmaz dərəcədə böyükdür. Yer üzündə meşə kütləsinin azalması nəticəsində ekosistemin özünütəmir xüsusiyyəti azalır. Ekosistemə bu cür kənar müdaxilələr ekoloji tarazlığı pozur. Artan əhalinin ehtiyaclarını ödəmək üçün sənayeləşmə, şübhəsiz ki, bir zərurətdir. Təbiətə ən çox ziyan vuran təşkilatların başında sənaye təşkilatları gəlir. Sənaye müəssisələrinin ətraf mühitə vurduğu zərəri minimuma endirmək üçün lazımi tədbirlər görülməlidir. Sənaye müəssisələrinin tullantılarını elə təmizləmək lazımdır ki, ətraf mühitə ən az ziyan dəysin, əks halda sənaye tullantılarından ekoloji sistem çox zərər görəcək.

Təsadüfi deyildir ki, ölkə başçısının 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən növbəti onillik ərzində ölkənin sosial-iqtisadi inkişafına dair reallaşdırılmalı olan beş milli prioritetdən biri də “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetidir. Bu milli prioritet Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ağacəkmə aksiyalarında iştirak etməsi, ağac əkməsi onların Azərbaycan təbiətinə göstərdikləri qayğının göstəricisidir, gənclərə ölkəmizin və onların özlərinin gələcəyi üçün təbiəti qorumaq barəsində bir mesajdır.

Şübhəsiz ki, ötən illərdə ölkəmizdə ekoloji problemlərin həll edilməsi məqsədilə xüsusi dövlət proqramları qəbul edilib, mühüm regional və beynəlxalq əhəmiyyətli layihələr, ölkə başçısının sədrliyi müşavirələr keçirilir. Buna görə də ölkə başçısı cənab prezident İlham Əliyevin söylədiyi kimi, bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir. Çünki, bunlar günümüzün ən proitet məsələlərindən hesab olunur.

Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button