GündəmSiyasət

Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton danışıqlarını müsbət qiymətləndirib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya Federasiyası Cənubi Qafqazda sabitlik və tərəqqi zonasının yaradılmasında maraqlıdır, eyni zamanda, ən mühüm şərtlərdən biri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarına uyğun hərtərəfli normallaşmasıdır.

Obyektivxeber.az AZƏRTAC-a istinadən  xəbər verir ki, onun sözlərinə görə, Rusiya regional təhlükəsizlik naminə bu əsas məqsədə nail olmaq üçün bütün səyləri ardıcıl olaraq dəstəkləyir. Bu baxımdan Amerika tərəfinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirilən görüşü müsbət qiymətə layiqdir.

RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Rusiya tərəfi Vaşinqtonun regional kommunikasiyaların açılması ilə bağlı bəyanatlarını əlavə olaraq təhlil edəcək. O, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və qüvvəyə minməsinin iki Cənubi Qafqaz respublikasında sülhün bərqərar olmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

Oxşar Xəbərlər

Back to top button