Gündəm
Rusiyanın Tehrandakı səfirliyi vətəndaşlarına İranı Azərbaycanın quru yolu ilə tərk etməyi tövsiyə edir

Rusiyanın Tehrandakı səfirliyi Azərbaycan hakimiyyətinin əvvəlcədən icazəsi əsasında Astaradan Azərbaycana quru yolu ilə keçidi İranı tərk etmək üçün optimal marşrut adlandırıb.
Obyektivxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfirlik münaqişənin qaynar mərhələsinin əvvəlində İranda iki mindən çox Rusiya vətəndaşının – həm daimi, həm də ölkədə müvəqqəti yaşayanların olduğunu vurğulayıb. Onların əksəriyyəti İranı tərk etməyə qərar verib və Rusiyanın müvafiq strukturlarının köməyi ilə artıq həmin ölkədən təxliyə olunub.
Rusiyalılar arasında zərərçəkənlər barədə səfirliyə məlumat daxil olmayıb.