
Şahbuz rayon Uşaq-Gənclər Şahmat Məktəbində “Konstitusiya və Suverenlik ili” çərçivəsində 12-dekabr Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunan “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” devizi altında ekoloji bilik yarışı keçirilib.
Obyektivxeber.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, yarışda Şahbuz rayon ümumtəhsil müəssisələrini təmsil edən 8 komanda mübarizə aparıb.
Şahbuz rayon 1 nömrəli tam orta məktəbin “Araz” komandası ən yüksək nəticəni göstərərək 1-ci yerin qalibi olub və yarışın Əsasnaməsinə uyğun olaraq “Final” mərhələsinə adlayıb.
Qeyd edək ki, Naxçıvan şəhəri və rayonlar üzrə keçirilən yarışlarda qalib olan komandalar yekunda Naxçıvan Muxtar Respublikası üzrə “Final” mərhələsində biliklərini sınayacaqlar.



