
27 sentyabr 2020-ci ildə ölkədə elan edilən qismən səfərbərlik Azərbaycan xalqının vətənpərvərlik ruhunu bir daha gözlər önüne sətdi. Hərbi komissarlıqların qarşısında toplanan minlərlə gənc könüllü olaraq cəbhəyə gitmək üçün növbəyə durdu. Bu görüntü xalqımızın azadlıq əzminin təzahürü idi.
Məsafədən, peşəsindən və ailə vəziyyətindən asılı olmayaraq hər bir azərbaycanlı vətən borcunu verməyə tələsirdi. Xaricdə yaşayan soydaşlarımız da bu mübarizəyə qoşularaq yaşadıqları ölkələrdə Azərbaycanın haqq sesini duyururdular. Bütün dünya azərbaycanlıları vahid bir mərkəzdən idarə olunurmuş kimi birləşdi.
Bu yüksək döyüş ruhu cəbhədəki əsgərlərimizə böyük güc verirdi. Onlar arxalarında bütöv bir xalqın durduğunu bilərək düşmənin üzərinə inamla gedirdilər. Məhz bu ruh düşmənin mənəvi cəhətdən darmadağın olunmasında həlledici rol oynadı.
Anım Günü bu böyük milli səfərbərliyin və birliyin xatırlandığı gündür. Biz göstərdik ki, vətən mövzusu olarkən bütün fərqliliklər unudulur və xalq tek bir bədən kimi döyüşür. Bu mübarizə əzmi bizim en böyük gücümüzdür.
Nuray Kərimli,
YAP Nizami rayon təşkilatının fəalı



