AnalitikaGündəmSiyasət

Şəhidlərin əmanəti olan Vətən

Hər bir xalqın tarixində elə insanlar olur ki, onlarınhəyat yolu gələcək nəsillər üçün mənəvi məktəbəçevrilir. Azərbaycan xalqı üçün şəhidlərimiz beləmüqəddəs şəxsiyyətlərdir. 27 SentyabrAnım Günüonların həyat yoluna ehtiramla nəzər salmaq, göstərdikləri fədakarlığı xatırlamaq Vətənqarşısında məsuliyyətimizi bir daha dərk etmək üçünxüsusi gündür. 2020-ci il sentyabrın 27-də başlayanVətən müharibəsi Azərbaycan tarixində mühüm izburaxdı. Həmin müharibədə iştirak edən hər bir əsgərintaleyində Vətən sevgisinin xüsusi yeri vardı. Onlarbəzən ən çətin şəraitdə, ağır döyüşlərdə, həyatlarınıtəhlükəyə ataraq öz vəzifələrini yerinə yetirdilər. Birçoxu üçün bu yol son yol oldu. Lakin onların həyatısona çatsa da, adları əməlləri xalqın yaddaşındayaşamaqda davam edir. Şəhidlərimizin bizə əmanətetdiyi ən böyük dəyər Vətəndir. Bu əmanətinqorunması isə yalnız hərbi xidmətlə deyil, hər birvətəndaşın gündəlik məsuliyyəti, vicdanlı əməyi dövlətə bağlılığı ilə mümkün olur.

Bu gün gənc nəslin üzərinə xüsusi məsuliyyət düşür. Gənclər şəhidlərin həyatını öyrənməli, onların Vətənqarşısındakı xidmətlərini bilməli bu tarixi yaddaşıgələcək nəsillərə çatdırmalıdırlar. Çünki yaddaşitirilərsə, tarix öz mənəvi gücünü itirər. Şəhidlərimizin adlarını yaşatmaq onların yalnızkeçmişdə qalan insanlar kimi xatırlanması deyil, onların ideallarının, Vətən sevgisinin milli ruhunungələcəkdə davam etdirilməsi deməkdir. Hər birsavadlı gənc, hər bir vicdanlı əməkdaş, hər birməsuliyyətli vətəndaş öz fəaliyyəti ilə Azərbaycanıngələcəyinə töhfə verə bilər. 27 Sentyabr bizə xatırladırki, şəhidlərin əmanət etdiyi Vətən yalnız torpaq deyil; bu, tariximiz, dilimiz, mədəniyyətimiz, dövlətçiliyimiz milli kimliyimizdir. Bu dəyərləri qorumaq gələcək nəsillərə sağlam şəkildə ötürmək onlarınmüqəddəs xatirəsinə olan ehtiramımızın ən mühümifadələrindən biridir.

Pərviz Vəliyev,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button