SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Azər Manafov küçəsi 1” ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş videoçarxın nümayişindən sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “Azər Manafov küçəsi 1” ərazi partiya təşkilatının sədri, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov və başqaları çıxış ediblər.
Tədbirin Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.







