
Azərbaycan, beynəlxalq iqtisadi əlaqələrini genişləndirmək və daha çox strateji tərəfdaş əldə etmək məqsədilə Afrika qitəsindəki bazarlara yönəlməkdə maraqlıdır. Bu baxımdan, Somali iqtisadiyyatı, Azərbaycanın investisiya qoyuluşları üçün cəlbedici bir hədəf ölkəyə çevrilir. Somali, coğrafi mövqeyi, təbii resursları və strateji əhəmiyyəti ilə Azərbaycanın iqtisadi maraqlarını təmin etmək üçün müxtəlif sahələrdə potensial təqdim edir.
Somali, Afrika ilə Asiya arasında mühüm bir tranzit nöqtəsi olaraq, nəqliyyat və logistika sahələrində böyük inkişaf potensialına malikdir. Azərbaycanın nəqliyyat və infrastruktur sahəsindəki təcrübəsi, Somali limanlarının, hava limanlarının və dəmiryolu şəbəkələrinin inkişafında böyük rol oynaya bilər. Azərbaycanın strateji mövqeyi və tranzit ölkəsi kimi güclü infrastrukturu, Somali ilə əməkdaşlığın gücləndirilməsi üçün mühüm bir təkan verə bilər. Somali, enerji istehsalında çətinliklərlə üzləşir və enerji ehtiyaclarını xaricdən təmin edir. Bu sahə, Azərbaycanın enerji sahəsindəki təcrübəsini və inkişaf etmiş texnologiyalarını Somali iqtisadiyyatına tətbiq etmək üçün böyük bir potensiala malikdir. Azərbaycan, özünün zəngin enerji resursları və texnoloji inkişafı ilə Somali enerji sektoruna sərmayə qoyuluşlarını artıraraq, Bərpa olunan enerji sektorunda əməkdaşlıq potensialı da mövcuddur. Somali, günəş enerjisi və külək enerjisi potensialına sahibdir və bu sahədəki inkişafına dəstək verilməsi üçün Azərbaycanın texnoloji və maliyyə təcrübəsindən faydalana bilər. Somali, geniş əkin sahələri və təbii resursları ilə kənd təsərrüfatı sektorunda böyük potensiala malikdir. Lakin, bu sahənin inkişafı hələ də müasir texnologiya və texniki dəstək tələb edir. Azərbaycan, kənd təsərrüfatında əldə etdiyi təcrübəni Somali ilə bölüşərək, əkinçilik, heyvandarlıq və suvarma sahələrində investisiyalar edə bilər.
Azərbaycanın bu sahədəki müasir texnologiyaları, Somali torpaqlarının daha səmərəli istifadəsini və məhsuldarlığın artırılmasını təmin edə bilər. Həmçinin, kənd təsərrüfatının inkişafı Somali əhalisinin yaşayış şəraitini yaxşılaşdıraraq, iqtisadiyyatda mühüm rol oynaya bilər. Mədəniyyət və turizm sahəsində də əməkdaşlıq potensialı mövcuddur. Azərbaycan, Somali ilə mədəni mübadilə proqramları həyata keçirə və turist axınını artırmaq üçün layihələrə sərmayə qoya bilər. Somali’nin zəngin mədəni irsi və Azərbaycanın müasir turizm infrastrukturuna olan tələbatı, qarşılıqlı turizm əlaqələrinin inkişafını təmin edə bilər. Azərbaycanın Somali iqtisadiyyatına sərmayə qoymağı araşdırması, iki ölkə arasındakı iqtisadi əlaqələrin yeni dövrə qədəm qoymasına səbəb ola bilər. Somali, Azərbaycanın müxtəlif sahələrdəki təcrübəsindən faydalanaraq, öz iqtisadiyyatını modernləşdirə bilər. Əksinə, Azərbaycanın Somali bazarına girişi, yeni ticarət əlaqələrinin qurulmasına, investisiya imkanlarının artırılmasına və iqtisadi böyüməyə təkan verə bilər.
Mətanət Cəfərova,
YAP-nın fəalı