Stabil enerji mənbələrinə malik olmaq dövlətin müstəqiliyini şərtləndirən əsas faktorlardan biridir

Ümumilli lider Heydər Əliyev demişdir: “Yəni cəmiyyət, insan üçün, ölkə, dövlət üçün elektrik enerjisi ən vacib amillərindəndir”. 1970-ci illərdə Azərbaycanın elektrik enerjisi ilə müstəqil təmin olunması üçün Heydər Əliyev çoxlu səylər göstərdi və yaxşı nəticələr əldə edildi. Heydər Əliyevin layiqli davamçısı cənab prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirildi. Gülüstan” sarayında İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın uğurlarından, tərəfdaş ölkələrlə əlaqələrinin inkişafından geniş bəhs edərək Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrünün başladığını bəyan edib. 1280 meqavat gücündə olan stansiya ölkəmizin enerji potensialını daha da gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatını ödəyəcək, həm də elektroenergetika, təbii qaz sahəsində daha böyük addımlar atacaq. Hazırda Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu stansiya, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə də növbəti töhfə olacaq”. Azərbaycanda enerji sahəsinə kifayət qədər böyük həcmdə sərmayə qoyuluşu həyata keçirilib. Bu da ondan xəbər verir ki, bütövlükdə bu istiqamətdə sərmayənin genişləndirilməsi ciddi perspektivlər vəd edir. Çünki bütün bunlar həm Azərbaycanda elektrik enerjisi istehsalının artmasına, həm də onun daha çox ixrac olunmasına imkan verəcək. Bu isə ölkənin enerji təminatının daha da yaxşılaşması, o cümlədən, bu sektorun inkişafı baxımından vacibdir. Çünki bu sahəyə qoyulan sərmayə həm də yeni iş yerlərinin yaradılması deməkdir. Başqa bir tərəfdən, yeni İES-in istifadəyə verilməsi həm də bütövlükdə təbii qaza qənaət edilməsi baxımından vacibdir. Azərbaycan bunun sayəsində 1 milyard kubmetr qaza qənaət edəcək və onu daha çox ixraca yönəldəcək. Çünki yeni texnologiyalar əsasında qurulacaq İES qaz sərfiyyatına əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verəcək. Azərbaycanın illik qaz istehlakı 13 milyard kubmetrdir. Ümumilikdə, ölkədə bütün növ elektrik stansiyalarının sayının artması daxildə təbii qaza olan tələbi azaldacaq. Qaza edilən qənaət Azərbaycanın ixrac imkanlarını genişləndirəcək. Qaz ixracından həm daha çox valyuta daxil olacaq, həm də ölkəmizin geosiyasi çəkisi artacaq. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasına imkan yaradacaq.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı