
Azərbaycanın müasir tarixində Şuşa Bəyannaməsi mühüm siyasi əhəmiyyətə malik sənədlərdən biridir. 15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə arasında imzalanan bu bəyannamə iki qardaş ölkənin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Azərbaycan–Türkiyə əlaqələrinin möhkəm təməli Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipi ilə formalaşıb. Heydər Əliyev hər zaman Türkiyə ilə dostluq və əməkdaşlığın Azərbaycanın milli maraqları üçün böyük əhəmiyyət daşıdığını vurğulayırdı.
Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirildi. Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlıq gücləndi. Şuşa Bəyannaməsi isə bu münasibətlərin ən yüksək ifadələrindən birinə çevrildi. Bəyannamənin məhz Şuşada imzalanması xüsusi tarixi məna daşıyır. Şuşanın azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpasının və xalqımızın milli iradəsinin göstəricisi oldu.
Şuşa Bəyannaməsi təhlükəsizlik, müdafiə, iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsini nəzərdə tutur. Bu sənəd həm Azərbaycanın, həm də Türkiyənin regiondakı rolunu daha da gücləndirdi.
Bu gün Şuşa Bəyannaməsi iki ölkə arasında qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlığın və ortaq gələcəyə inamın simvolu hesab olunur. Bu sənəd Ulu Öndərin müəyyən etdiyi dövlətçilik yolunun və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələrindən biridir.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



