AnalitikaGündəmSiyasət

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur

Heydər Əliyev: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Ümummilli Lider Heydər Əliyevin bu kəlamının  Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi olduğu vurğulanmışdır.

28 illik həsrətdən sonra Şuşa azadlığına qovuşanda isə Xilaskar Ali Baş Komandan  İlham Əliyev  isə Şuşanı belə dəyərləndirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.Odur ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi xalqımız üçün çox əlamətdar hadisə olmaqla, həm də ölkəmizin uğurları daha da artacaq, xalqımızın inkişaf və intibahı sürətlənəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi üçün 2020-ci  il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınması bu fikrin reallaşmasında rol oynadı.

Ali Baş Komandanımız, Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa İli” elan etdi. 5 yanvar 2022-ci ildə isə Prezidentin 2022-ci ilin “Şuşa İli” elan olunması haqqında Sərəncamı ilə bu qərar hüquqi qüvvəyə mindi. Dövlət başçısı xalqa müraciətində bildirdi: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”. Bu qərar dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbini fərəh, böyük qürur və iftixar hissi ilə doldurdu. Qeyd edim ki, Prezident İlham Əliyev 7 may 2021-ci il tarixli sərəncamı ilə zəngin və şanlı tarixi keçmişə malik Şuşa şəhəri mədəniyyət paytaxtı elan edildi. Bunun ardınca, 2022-ci ilin Şuşa İli elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisidir.

Həmçinin Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın Qarabağa, Şuşaya səfəri və mühüm sənəd imzalaması böyük tarixi rəmzi məna daşıyır. Bu səfər Azərbaycanda səbirsizliklə gözlənilirdi və  bütün dünyada böyük maraq doğurdu. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir.

İmzalanmış Müttəfiqlik haqqında Bəyannamə -Şuşa Bəyannaməsi tarixə əsaslanır,Qars müqaviləsinə istinad edilir. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə Azərbaycan və Türkiyənin gələcək əməkdaşlığınız əsas istiqamətlərini göstərir. Bəyannaməyə əsasən Qarabağın və Azərbaycan torpaqlarının bir daha fəlakət yaşamaması üçün lazımi Türkiyə rəsmən qarantiya verir və müvafiq addımlar atacaq, Şuşada Türkiyə konsulluğu açılılacaq, Azərbaycan və Türkiyə orduları vahid fəaliyyət mexanizmləri tətbiq edəcək,Türkiyə və Azərbaycan müdafiə sənayeləri  öz istehsal və texniki güclərini birləşdirəcək, azərbaycanlı qaçqınların evlərinə qayıtması üçün hər cür səy göstəriləcək. İki ölkənin silahlı qüvvələri tərəflərdən birinin ərazi bütövlüyünə təhdid, yaxud müdaxiləyə qarşı birgə addım atacaq,iki ölkə beynəlxalq siyasi platformada birgə fəaliyyəti genişləndirəcək və ən nəhayət  Zəngəzur dəhlizinin açılması üçün birgə səylər artırılacaq.

100 ildən sonra yenilənən  Qars müqaviləsi Naxçıvanın qarantoru olan Türkiyənin indi Qarabağın Azərbaycanın tərkibində olmasının, həm də çəkiləcək Zəngəzur dəhlizinin qarantoruna çevirir. Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, “ Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. “ Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın daxil olduğu altılı platforma ilə birlikdə  Cənubi Qafqazın rahatlıqla, sülh içində yaşanan bir bölgə olması arzusu ifadə edilir.  Bütövlükdə, qalib və qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla bundan sonra da irəliləyəcək, ölkəmiz üçün siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə, eləcə də diplomatiya müstəvisində mühüm – yeni və daha möhtəşəm uğurlara imza atacaq.

Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir!

Qəniyeva Xanımqız,
Xəzər rayonu, 206 №li tam orta məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button