Dünya
Toivo Klaar Ermənistan XİN başçısı ilə Aİ-nin mülki missiyasının fəaliyyətini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
Aktualinfo.az “Report”a istinadən xəbər verir ki, tərəflər Brüsseldə bir araya gəliblər.
Görüşdə Aİ-nin Ermənistandakı yeni missiyasının fəaliyyəti müzakirə olunub.
Bildirilib ki, yeni missiya regiona sülh və sabitlik gətirməyə kömək edəcək.