GündəmDünya

Trampın xüsusi nümayəndəsi Kiyevə gedir

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq iyulun 14-ü Kiyevə səfər edəcək.

Obyektivxeber.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, onun səfəri bir həftə davam edəcək.

Qeyd edək ki, xüsusi nümayəndə sonuncu dəfə fevralda Kiyevə səfər edib. İyulun 9-da isə Kelloq Romada keçirilən konfrans çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və onlar Ukraynaya silah təchizatı və hava hücumundan müdafiə sistemləri məsələsini müzakirə ediblər.

Oxşar Xəbərlər

Back to top button