
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını qəbul edən Prezident İlham Əliyev çıxışında sabitlik və təhlükəsizlik olmadan davamlı inkişafın mümkün olmadığını vurğulayıb. Bu fikir TDT ölkələrinin iqtisadi potensialının reallaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.
TDT məkanında enerji, nəqliyyat, ticarət və investisiya sahələrində müxtəlif layihələr həyata keçirilir. Bu layihələrin uzunmüddətli və etibarlı fəaliyyəti üçün sabit siyasi mühit vacibdir. Azərbaycanın enerji və nəqliyyat layihələrində iştirakı da təhlükəsizlik məsələsinin iqtisadi inkişafla birbaşa bağlı olduğunu göstərir.
Prezident İlham Əliyev TDT ölkələrinin iqtisadi artım nümayiş etdirdiyini və onların maliyyə sistemlərində sabitliyin müşahidə olunduğunu qeyd edib. Bu potensialın daha da genişləndirilməsi üçün təhlükəsizliyin qorunması və dövlətlərarası əməkdaşlığın davam etdirilməsi mühüm şərtlərdən biridir.
Bakı görüşü bu baxımdan təhlükəsizlik məsələlərinin iqtisadi gündəlikdən ayrı olmadığını nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışında təhlükəsizlik, enerji və nəqliyyat məsələlərinin bir-biri ilə əlaqəli şəkildə təqdim edilməsi TDT-nin gələcək əməkdaşlıq modelinin kompleks xarakter daşıdığını göstərir.
Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı



