GündəmSosial

Türkiyənin İğdır vilayətində Qərbi Azərbaycandan olan qəhrəmanın abidəsi təmir edilib

Türkiyənin Azərbaycanla həmsərhəd olan İğdır vilayətinin rəhbərliyi XX əsrin birinci yarısının qəhrəmanlarından biri, erməni quldur dəstələrinə qarşı mübarizəyə töhfə vermiş Kərbəlayi İsmayıl Çəmənin abidəsini təmir edib və ətrafdakı ərazini abadlaşdırıb.

Aktualinfo Media Qrup ” Azərtac ” – a istinadən xəbər verir ki, K. İ. Çəmən 1870-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. Ömrünün son illərini İğdırda keçirən K. İ. Çəmən digərləri ilə birlikdə Araz çayını keçərək, buraya gəlməyə məcbur olub. O, Türkiyədə Çəmən soyadını Qərbi Azərbaycanda doğulduğu yaşayış məntəqəsinin adından götürüb. K. İ. Çəmən 1948-ci ildə vəfat edib.

İğdırın Karakoyunlu rayonunun Taşburun qəsəbəsində yerləşən azərbaycanlı qəhrəmanın məzarı onilliklər keçməsinə baxmayaraq, şərq vilayətinin sakinlərinin və qonaqlarının ziyarət etdiyi məkan olaraq qalır. K. İ. Çəmənin məzarüstü abidəsinin önündə Türkiyə və Azərbaycan bayraqları ucaldılıb.

Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının sədr müavini Sərdar Ünsal bu vilayətin hakimiyyət orqanlarına minnətdarlığını bildirib. O qeyd edib ki, bərpa işlərindən sonra qəhrəmanın məzarı daha yaxşı vəziyyətə gətirilib və bu, regionun tarixi irsinə göstərilən hörmətin növbəti təzahürüdür. “Tarixdə mühüm iz qoymuş qəhrəmanların xatirəsini yad etmək bizim borcumuzdur. Çəmən İrəvanda və ətraf rayonlarda yaşayan azərbaycanlıların hüquqları uğrunda fəal mübarizə aparıb. İki qardaş ölkənin bayraqlarının dalğalandığı belə mühüm məkanların xatırlanmasına və onların qorunmasına sevinirəm”, – deyə S. Ünsal diqqətə çatdırıb.

Oxşar Xəbərlər

Back to top button