Gündəmİdman

UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün pley-off mərhələsində həlledici matça çıxacaq

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində həlledici matça çıxacaq.

“Obyektivxeber.az” xəbər verir ki, Ağdam klubu Bakıda Macarıstan təmsilçisi “Ferentsvaroş”u qəbul edəcək.

Tərəflər arasında Macarıstanda baş tutan ilk görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də startı veriləcək qarşılaşmanı fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qalib gələn komanda UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Oxşar Xəbərlər

Back to top button