
12 dekabr 2003-cü il Azərbaycan xalqı daim anır, andırır. Ancaq bu dəfə var olan ən dik duruşumuzla anırıq bu günü. Bu səfər liderimizin ruhu qarşısında başımız daha ucadır. Uğrunda hər fədakarlığı etdiyi, hər çətinliyini öz çiynində daşıdığı Azərbaycan dövlətinin ərazi bütövlüyü artıq bərpa olunmuşdur. Bu gün bu gücü tam da ulu öndərimizdən almışıq deyirəm. Bu dövlət heç də asan bu günlərə gəlib çıxmadı. Bayrağımızı endirmək istədilər. Ölkəmizi dağıtmaq istədilər. Hətta millətimizi, xalqımızı məhv etmək istədilər. Hər gün daha böyük problemlerlə üzləşdiyimiz dövr idi. Ancaq bir gün Azərbaycan xalqının bütün problemlərini öz çiynində daşıyacaq qədər güclü bir lider gəldi. Bütün dünyanı qəlbində yaşadığı vətən sevgisinin gücü ilə qorxuya saldı. Çünki sevgi insana güc verər, sevgi insana umid verər, cəsarət verər. O, sevgisinin gücü ilə bütün Azərbaycan xalqını ayağa qaldırdı, hər kəsi gözlərindəki güvən, sözlərindəki səmimiyyət ilə birləşdirdi. Bütün Azərbaycan xalqına vətən sevgisini aşılayaraq xilas etdi dövlətimizi. Sevgi ilə xilas etdi bizi. Bayrağımızı endirməyi bacarmadılar, bacara bilmədilər. Qüdrətli, yenilməz bir dövlətin təməli qoyuldu. Sanki yenidən doğulduq yenidən yarandıq. Qəlbində Qarabağ arzusu ilə yaşadı. Hər kəliməsində Şuşa deyərdi qəlbindəki yanğı ilə. Bəlkə ömrü yetmədi bizə Qarabağı da verməyə amma bu gün Qarabağı geri alacaq gücü, cəsarəti vermişdi. Və bu səbəbdəndir ki, indi şanlı bayrağımız Qarabağın hər tərəfində şərəflə dalğalanır. Bu gün haqqında deyiləcək o qədər şey var ki ancaq kəlimələrə sığmaz, sözlər ifadə edə bilməz. Deyil tək Azərbaycan dünya belə bir lider görməmişdi. Varlığımızı, gücümüzü, inkişafımızı, bugünkü Azərbaycanı sənə borcluyuq Ulu Öndərimiz. Ruhun şad olsun!
Məhərrəmli Aytac,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi