
Tarixə qələbə qazanan xalq kimi düşməyimizlə yanaşı tariximizin qanlı səhifələrini heç zaman unutmuruq. Müxtəlif illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən faciələrlə bağlı artıq beynəlxalq ictimayyətdə də kifayyət qədər məlumat var. Aparılan davamlı və sistemli işlər nəticəsində bu faciələr beynəlxalq ictimayyət tərəfindən tanındı.Baş varən faciələrin fonunda Xocalı soyqırımı dövrün insanlığıa qarşı edilmiş ən dəhşətli soyqırımıdır ki, bunun ağrı-acısını hələ də yaşayırıq. Soyqırım zamanı Xocalıda olan dinc sakinlərin qətlə yetirilməsi, soyuq qış ayında onlara qarşı edilən amansızlıqlar barəsində kifayət qədər məlumatlar paylaşılıb. Valideynlərini itirmiş Xocalı sakinləri bu gün də o hadisənin təəssuratlarını özlərində yaşayırlar. Xocalı soyqırımın xronologiyasına nəzər salanda aydın olur ki, bu siyasətin arxasında qətliyyam, ərazi iddiaları və böyük siyasətin kiçik komponenti olan prosesdən qaynaqlanır. Böyük ermənistan xülyası ilə yaşayan düşmən Xocalını əsas hədəf seçmişdi. Xocalının yerləşdiyi cografi mövqe, burada rus qoşunlarının olması Xocalının işğalını asanlaşdıran faktorlardan idi. Onlar bu faciə ilə həm də göz dağı vermək niyyəti güdürdülər. İnsnalarda qorxu yaratmaqla öz siyasətlərini yeritmək, istəklərinə vaqif olmağa çalışırdılar.
Azğınlaşmış erməni silahlı birləşmələri Xocalıda bu qətliamı törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqının mübarizə əzmini qırmaq, məhv etmək niyyətini güdürdü. Amma düşmən bu niyyətinə çata bilmədi. Xocalı faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi, əvvələn, soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi.
Məhz ilk vaxtlar rəsmi orqanların Xocalı faciəsini soyqırımı faktı kimi açıqlamaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi ağır nəticələr verdi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi böyük tədbirlər nəticəsində, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi.
BMT-dən və dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyətdən erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Ulu Öndər martın 1-də Xocalı soyqırımı qurbanlarının ailələrinə müraciət edərək bu hadisəni, eyni zamanda, bütün bəşəriyyətə qarşı yönəldilmiş tarixi cinayət kimi səciyyələndirdi. Ümummilli lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət etmiş, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulamışdır. Ulu öndərin 1997-ci il fevralın 25-də imzaladığı Sərəncama əsasən hər il fevralın 26-sı ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Ən nəhayət, uzun illərdən sonra haqq-ədalət öz yerini tapdı.
Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. 30 ilə yaxın həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Artıq xalqımız Bakıdakı «Ana harayı» abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



