AnalitikaGündəmSiyasət

Xocalı: yaddaşın şəhər həyatına çevrilməsi

Xocalının Azərbaycanın tarixində xüsusi yeri var. Şəhərin adı xalqın yaddaşında ağır faciə ilə bağlı olsa da, bu gün Xocalıda yeni həyatın qurulması prosesi gedir. 20 Sentyabrın Xocalı şəhəri günü kimi müəyyənləşdirilməsi şəhərin müasir tarixində yeni mərhələnin dövlət səviyyəsində qeyd olunmasının ifadəsidir.

Xocalıda qayıdışın 2024-cü il mayın 28-dən başlaması şəhərin tarixində yeni səhifə açıb. İnsanların doğma şəhərə və ətraf yaşayış məntəqələrinə qayıtması ilə Xocalının sosial həyatı yenidən formalaşır. Yeni evlərin, sosial obyektlərin və kommunal infrastrukturun yaradılması qayıdan ailələrin gündəlik həyatının təmin olunmasına xidmət edir.

Eyni zamanda Xocalının tarixi yaddaşının qorunması istiqamətində də mühüm addım atılıb. 2025-ci il 25 fevral tarixli Prezident sərəncamı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması qərara alınıb. Bu kompleksin yaradılması faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və tarixi yaddaşın gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.

Beləliklə, Xocalının gələcəyində iki mühüm istiqamət yanaşı inkişaf edir: tarixi yaddaşın qorunması və canlı şəhər həyatının bərpası. Memorial kompleks keçmişi xatırladacaq, yeni evlər və məktəblər isə gələcəyi formalaşdıracaq. Xocalının yeni siması yaddaşın silinməsi ilə deyil, yaddaşın qorunaraq həyatın yenidən qurulması ilə yaranır.

Zərifə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button