GündəmSiyasət

YAP-ın VIII Qurultayının qərarları və dövlətin səhiyyə sahəsindəki hədəfləri diqqət mərkəzindədir

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Babək prospekti, 75” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbir şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov VIII Qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib. O, Prezident, YAP-ın sədri cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

19 saylı Uşaq Poliklinikasının baş həkimi Sevinc Piriyeva çıxışında dövlətin səhiyyə sisteminin inkişafına yönəlmiş siyasətindən bəhs edib. O, xüsusilə uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sağlamlığın qorunması və profilaktik tədbirlərin genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edib.

Poliklinikanın baş həkiminin müavini Aytən Səfixanlı isə dövlət tərəfindən səhiyyə sahəsində həyata keçirilən tədbirlərin tibbi xidmətlərin təkmilləşdirilməsinə verdiyi töhfələrdən danışıb. O, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasının və mövcud imkanlardan səmərəli istifadənin vacibliyini vurğulayıb.

Görüşdə Möhtərəm Prezident, YAP-ın sədri cənab İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi prioritetlər, dövlətin səhiyyə siyasəti və bu sahədə qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

Back to top button