
Yaponiyanın regional assambleyası dünyanın ən böyük nüvə elektrik stansiyası olan Kasivadzaki-Karivanın qismən yenidən işə salınmasını müzakirə etməyə başlayıb. Bu, ölkənin daxili enerji mənbələrini gücləndirməyə səy göstərməsi ilə bağlıdır.
Obyektivxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yapon dənizi sahilində, Tokiodan təxminən 300 kilometr şimal-şərqdə yerləşən stansiya, 2011-ci ildə güclü sunami nəticəsində “Fukusima-1” reaktoru dağıldıqdan sonra bağlanıb.
“Hər iki obyekt “Tokio Electric Power Co” (TEPCO) şirkəti tərəfindən istismar olunur, – deyə “Reuters” yazır.
6-cı blokun yenidən işə salınması Fukusima fəlakətindən bəri TEPCO üçün ilk olacaq. TEPCO “Fukusima-1” fəlakətinə görə kompensasiya ödəməyə davam edir. “Resursların qıt olduğu Yaponiyada nüvə enerjisindən istifadə çox vacibdir”, – deyə TEPCO prezidenti Tomiyaki Kobayakava bazar ertəsi stansiyaya ekskursiya zamanı deyib.
O, stansiyaya baxış keçirərkən bildirib ki, nüvə enerjisindən istifadə edilməsi resursların az olduğu Yaponiyada çox vacibdir.
Fukusima fəlakətindən sonra Yaponiya o dövrdə fəaliyyət göstərən 54 nüvə reaktorunun hamısını bağlayıb, bu da ölkəni idxal olunan qazıntı yanacaqlarından asılı vəziyyətə salıb.
Baş nazir Sanae Takaiçi enerji təhlükəsizliyinin gücləndirilməsi üçün stansiyanın fəaliyyətinin bərpasını dəstəklədiyini bildirib.



