Analitika

Yeni Azərbaycan Partiyası bugünün, sabahın, gələcəyin partiyasıdır

XX əsrin sonu Azərbaycan xalqı üçü olduqca keşməkeşli bir dövr oldu. Sovet imperiyasının parçalanması, ermənilərin Azərbaycan torpaqlarına iddialarının baş qaldırması siyasi gedişatı daha da qəlizləşdirirdi. Bu prosesləri nəticəsi idi ki, Naxçıvanda çalışdığı dövrdə ümummilli lider Heydər Əliyevin ətrafında ziyalılar, cəmiyyətin taleyindən narahat olan təbəqələr toplaşdı. Onun siyasi təcrübəsi, əsl vətənpərvərliyi Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Müstəqilliklə yollarında qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçiriləndə, Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev onun keçirilməsinə imkan verməmiş və saxta nəticələrə də öz etirazını bildirişdi. Bu, həmin dövr üçün böyük cəsarət, qəhrəmanlıq demək idi.

Hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Ermənistandan 300 mindən çox azərbaycanlı, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulması, Şuşa və Laçın işğal altına düşməsi ümidsizlik, cəmiyyətdə hökm sürən depressiya siyasi qüvvəyə inamın azalası ilə nəticələndi. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Yeni Azərbaycan Partiyasını yaradan lider 1993-cü ilin oktyabr ayında xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Beləliklə, YAP cəmi bir ildir yaranmasına baxmayaraq iqtidara gələyi bacardı. Uğurla aparılan siyasətin nəticəsidir ki, bu gün də bu partiya lider mövqeyini qoruyub saxlayır. Bu dövrdə ölkəmizə gələn investisiyalar dayanmadan artır, iqtisadi müqavilələr, enerji siyasəti, nəqliyyat siyasəti enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmışdır. İcra olunan layihələr bölgədə o cümlədən, Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Layihələr ətrafında birləşən ölkələrin sayı artmaqdadır və bu amil ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir.

Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu.Döyüşdə iştirak edənlər vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.

YAP-ın əsas prioritet məsələləridə biri də ölkənin gələcəyinin planlaşdırılması, uzunmüddətli dayanıqlı inkişaf təmin edilməsi, müstəqilliyin əbədi olmasıdır. Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var.

Prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qurduq. Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.

Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün dialoq önəmli amildir.

Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir;

Partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb olmuş YAP-ın VII qurultayında qəbul olunmuş qərarlara əsasən yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılması, ideoloji işin təşkili- milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Şəhid ailələri və qazilərlə iş, Milli dəyərlər komitələri yaradılaraq qeyd olunan istiqamətlər üzrə 5500-dən çox gəncin iştirakı ilə müxtəlif tədbirlərin həyata keçirilməsidir.

Partiyanın VII qurultayda qəbul olunanyeni proqramı 5 fəsildən və ümumilikdə 29 müddəadan ibarətdir. Burada “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər və Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı, Peşəkarlıq, İşgüzar münasibətlər, Şəxsi inkişaf, Sağlam rəqabət, Etik davranış və milli dəyərlər, İnnovativ inkişaf və kreativlik, Elmilik, Müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi müddəalar öz əksini tapıb.

Bayramova Elnarə,
Xəzər rayonu, 230 №li məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button