Yeni layihələrindən sonra Azərbaycanın enerji resurslarına Avropa bazarındakı tələbat daha da artacaq

“Məlum olduğu kimi ötən il Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda qoca qitənin mavi yanacağa olan ehtiyacı kəskin şəkildə artdı. Nümunə üçün qeyd edək ki, ötən il ərzində “Qazprom” qaz ixracatanı 40 faizdən çox azaldıb. Belə bir şəraitdə təhlükəsiz əməkdaşlıq üçün dünyanın diqqəti Azərbaycana yönəldi və bizimlə əməkdaşlıq etmək istəyən Avropa dövlətlərinin sayı artdı. Bunun nəticəsi idi ki, ötən il il Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin iştirakı ilə enerji sahəsində Strateji Memorandum imzalandı. Bu sənədin imzalanması əməkdaşlığımızın qarantı kimi mühüm əhəmiyyətə malikdir. Ötən il ərzində qaz ixracatının artması da sübut etdi ki, memorandomda nəzərdə tutulmuş işlərin icrası sürətlə həyata keçir”
Bunu “Aktualinfo.az”a açıqlamasında siyasi ekspert Əli Babazadə bildirib.
Əli Babazadə qeyd edib ki, burada qarşılıqlı maraqlar əsas götürülüb. Avopanın əsas maraqları onun enerji təhlükəsizliyi ilə bağlıdır. Enerji sahəsində daha çox idxaldan asılılıq qitənin enerji təhlükəsizliyini sual altına salıb. Azərbaycan üçün isə əsas iqtisadi maraq öz zəngin resurlarını əlverişli şərtlərlə daha böyük bazara çıxarmaqdır.
Görülən işlərin nəticəsi kimi deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verdi. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr, 2022-ci ildə isə bu rəqəm 11,3 milyard kubmetr təşkil edib. Cari ildə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Yəni, Azərbaycan özünün qaz təchizatının arealının Avropa bazarına qədər genişləndirə bildi:
“Təsadüfi deyildi ki, Prezident İlham Əliyevin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı zamanı bu sahədə əməkdaşlığın artması haqqında gələcək planlardan xüsusi danışdı. Ölkə başçısının dediklərinə əsasən əminliklə deyə bilərik ki, artıq nəinki yanacaq ixracatı, eyni zamanda alternativ enerji layilələrinin sayı artacaq”
Onun sözlərinə görə, Azərbaycanın ixrac potensialı təkcə neft-qaz ixracatı ilə formalaşmayıb. Ölkənin yerləşdiyi coğrafi mövqey imkan verir ki, biz enerji bazamızı genəş və külək enerjisi ilə də zənginləşdirə bilək. Bu baxımdan Xəzər dənizinin malik olduğu imkanlar kifayət edir ki, biz sahədə böyük uğurlar əldə edək. Məlumat üçün deyim ki, təkcə Xəzərdə 157 qiqavatdan çox külək enerjisi əldə etmək olar.
Bu isə o deməkdir ki, yaxın zamanlarda bu sahədə də lider dövlətlər sırasında olacağıq.
Ümumi olaraq zəngin enerji resurslarımızın olması və bu resurslardan səmərəli istifad etməyimiz həm də siyasi iradə nəticəsində baş tutub. Bu siyasi iradənin olması Azərbaycanı təhlükəsiz əməkdaşlıq məkanına çevirir və bizə çoxlu tərəfdaşlar qazandırır.