İqtisadiyyatGündəm
Yeni maliyyə naziri Sahil Babayev oldu

Prezident İlham Əliyev Sahil Babayevlə bağlı daha bir Sərəncam verib.
Obyektivxeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dövlət başçısının imzaladığı Sərəncamla Sahil Rafiq oğlu Babayev maliyyə naziri təyin edilib.
Qeyd edək ki, 2006-cı ildən maliyyə naziri işləmiş Samir Şərifov ötən ayın əvvəli vəzifəsindən azad edilib.