AnalitikaGündəmSiyasət

Yeni şərq-qərb körpüsü: Azərbaycan-Kamboca münasibətlərində tarixi zirvə və gələcək üfüqlər

Azərbaycan və Kamboca arasında diplomatikmünasibətlərin bünövrəsi 1994-cü il fevralın 2-də qoyulub. Ötən otuz iki il ərzində tərəflər coğrafi distantlığabaxmayaraq, hər zaman qarşılıqlı hörmətə söykənənmünasibət saxlayıblar.

2014-cü ildə Pxnompendə keçirilən Xarici İşlər nazirləriarasında siyasi məsləhətləşmələr və xüsusiləAzərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyidövründə formalaşan dostluq mühiti bu gün yaşadığımıztarixi səfərin möhkəm təməlini təşkil etdi.

Ümumiyyətlə Dünya xəritəsinə baxdıqda Xəzərin sahilləriilə Hind-Çin yarımadası arasında minlərlə kilometrlikməsafə görünür. Amma müasir diplomatiya məsafələriazaltmaq, coğrafi uzaqlıqları dostluq və tərəfdaşlıqkörpülərinə çevirmək sənətidir. 2026-cı ilin oktyabrındaKamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycanagerçəkləşən rəsmi səfəri və Prezident İlham Əliyevinmətbuat qarşısındakı tarixi bəyanatı tam olaraq buhəqiqətin bariz təzahürünə çevrildi.

Ölkəmizdə baş tutan bu görüş yalnız iki dövlət xadimininprotokollar çərçivəsindəki təması deyil, Şərqlə Cənub-Şərqi Asiya arasında qurulan yeni bir diplomatik xəttin, səmimi dialoqun nümayişi idi.

Görüşdən sonra mətbuat konfransında çıxış edənPrezident İlham Əliyev öz bəyanatı ilə Azərbaycanın xaricisiyasətində Cənub-Şərqi Asiya istiqamətinin nə dərəcədəmühüm yer tutduğunu bir daha gözlər önünə sərmiş oldu. Dövlət başçısının vurğuladığı hər bir məqam iki ölkəningələcək fəaliyyət proqramı kimi səslənirdi.

Ölkə başçısının çıxışında ən diqqət çəkən məqam Cənub-Şərqi Asiya ölkələri ilə diplomatik münasibətlərinAzərbaycanın yeni siyasi xəttində oynadığı rolun əhəmiyyətinin vurğulanması və AzərbaycanınAvropa iləAsiya arasında yerləşən tranzit ölkə kimi iqtisadi, siyasi vəsosial əlaqələlərdəki alternativsiz önəmi olmuşdur.

Liderlərin mətbuata bəyanatındakı əsas məqamları birneçə mühüm başlıq altında toplamaq mümkündür:

Siyasi Həmrəylik və Suverenliyə Hörmət: Azərbaycanvə Kamboca beynəlxalq arenada, xüsusilə BirləşmişMillətlər Təşkilatı (BMT) və Qoşulmama Hərəkatıplatformalarında daim bir-birinin ərazi bütövlüyünü vəsuverenliyini dəstəkləyən prinsipial mövqe nümayişetdiriblər. Bəyanatda bu ənənənin gələcəkdə də davamlı və artan xətlə davam edəcəyi xüsusi qeyd olundu.

İqtisadiyyatda Real İmzalar: Sözlərin əmələ çevrildiyi ənaydın məqam iki ölkənin Ticarət Palataları arasındaimzalanan Anlaşma Memorandumu oldu. Bu addım biznessubyektləri üçün yaşıl işıq yandırır, investisiya və ticarətaxınını sürətləndirir.

AQEM Sammiti və Beynəlxalq Etimad: Prezident İlham Əliyev Kamboca Baş nazirinin Azərbaycanda keçiriləcəkAsiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Məşvərət(AQEM) Sammitində iştirak dəvətini məmnuniyyətlə qəbuletməsini yüksək qiymətləndirdi. Bu, Bakının qlobal siyasətmərkəzi kimi nüfuzunun növbəti təsdiqidir.

​Logistika və Tranzit Qovşağı: Azərbaycanın Asiya vəAvropa arasında mühüm nəqliyyat qovşağına çevrilməsi, Orta Dəhliz imkanları Cənub-Şərqi Asiya mallarının qərbbazarlarına çıxarılması üçün misilsiz fürsətlər vəd edir.

İki ölkə arasında siyasi əlaqələrin gələcək perspektivlərinənəzər salsaq deyə bilərik ki, Baş nazir Hun ManetinBakıya gəlişi sıradan bir rəsmi səfər deyil, iki ölkəningələcək inkişaf xəritəsini çəkən strateji mərhələdir.Gələcəkperspektivlər bir çox həyati sahələri əhatə edir:

Ticarət və Enerji: Kambocanın kənd təsərrüfatı və tekstilpotensialı ilə Azərbaycanın neft-kimya, enerji resursları vəlogistika təcrübəsi bir-birini tamamlayan güclü iqtisadisinerji yaradır.

ASAN Xidmət və Rəqəmsal Təcrübə: Azərbaycanınbrendinə çevrilən “ASAN Xidmət” modeli və dövlətidarəçiliyində rəqəmsallaşma təcrübəsi Kamboca üçünolduqca cəlbedici modeldir.

Mədəniyyət və Təhsil: Tələbə mübadiləsi, təhsiltəqaüdləri və humanitar layihələr xalqların bir-birini dahayaxından tanımasına, mədəniyyətlərin qovuşmasınaxidmət edəcək.

Prezident İlham Əliyevin bəyanatında bir daha aydın olduki, Azərbaycanın xarici siyasət xətti açıq, dinamik vəçoxtərəflidir. Coğrafiyalar nə qədər uzaq olursa-olsun, ortaq maraqlar, qarşılıqlı etimad və səmimi iradə olanyerdə məsafələr əhəmiyyətini itirir. Bakıda atılan buaddımlar Azərbaycan-Kamboca dostluğunu yeni zirvələrəqaldırmaqla yanaşı, Avrasiya məkanında sülhə vətərəqqiyə xidmət edən növbəti uğur hekayəsidir.

Sabir Məmmədli,
YAP Yasamal rayon “S.Əsgərova küç 85” ünvanı(ƏƏSMN) üzrə ərazi partiya təşkilatının fəal üzvü.

 

 

Oxşar Xəbərlər

Back to top button