
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı tərəfindən uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş partiya veteranları Qurbanova Ulduzə Cəmşid qızı, Vəliyev Fazil Adil oğlu, Balakişiyev Rəşid Kamran oğlu və Mustafayev Mustafa Arıx oğlunun 70 illik yubileyləri münasibətilə görüş keçirilib.
Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək partiya veteranlarının Yeni Azərbaycan
Partiyasının möhkəmlənməsində və gənc nəsildə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm rol oynadıqlarını xüsusi vurğulayıb. E.Əsədov bildirib ki, partiya veteranları Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyətləri ilə fərqlənirlər.
Yubilyarlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmaqdan və uzun illər partiyanın təbliğatında fəal iştirak etməkdən böyük qürur duyduqlarını qeyd ediblər. Onlar bu gün də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Qələbələrdən və şanlı Zəfər tariximizdən fəxr etdiklərini vurğulayıblar.
Sonda yubilyarlara partiya dəyərlərinin təbliğində fəal iştiraklarına görə rayon təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.







