
İyulun 22-də Ukrayna Ali Radası Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun müstəqilliyini faktiki olaraq ləğv edən qanunu qəbul edib.
Obyektivxeber.az məlumat verir ki, qanuna əsasən, İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun prokurorları ölkənin baş prokuroruna tabe olur.
Baş prokuror eyni zamanda Milli Antokorrupsiya Bürosunun fəaliyyətinə müdaxilə edə biləcək, hətta aparılan bəzi işləri onlardan ala və başqa strukturlardakı prokurorlara verə biləcək.
Qanun Zelenski tərəfindən imzalandıqdan sonra Ukraynanın bir sıra şəhərlərində etiraz aksiyaları təşkil olunub.
Lakin aksiyalardan sonra Zelenski antikorrupsiya qurumlarının fəaliyyətinə dair mübahisəli dəyişiklikləri ləğv edib.
Ukrayna dövlət başçısı teleqram kanalında yeni yeni qanun layihəsi təqdim etdiyini açıqlayıb.
Bu qərar ölkə daxilində baş verən etirazlar və beynəlxalq ictimaiyyətin narazılığından sonra verilib.
Yeni layihə, antikorrupsiya qurumlarının müstəqil statusuna edilən dəyişiklikləri ləğv etməyi nəzərdə tutur.
Qanun layihəsində göstərilir ki, NABU, SAP, İqtisadi Təhlükəsizlik Bürosu (BEB), Baş Prokurorluq və Milli Polis daxil olmaqla hüquq-mühafizə orqanlarının daxili nəzarət bölmələri, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ilə razılaşdırılmış metodologiya əsasında, iki ildən bir əməkdaşlarını poliqraf (yalan detektoru) vasitəsilə yoxlamalıdır. Bu yoxlamalar onların Rusiya Federasiyasının xeyrinə hərəkət edib-etmədiyini müəyyən etmək məqsədi daşıyır.
UNIAN agentliyinin məlumatına görə, Kiyevdə hələ də aksiyalar davam edir.