AnalitikaGündəmSiyasət

Zəngəzur dəhlizi yeni yollar açacaq!

Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan Zəngəzur dəhlizi bu gün bizim üçün əhəmiyyət daşımaqla bərabər, buradan keçən bütün ticarət yollarının sürətlə inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Əslində, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də  Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın nəqliyyat xəttinə bağlayır. Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, igeniş imkanlar olacaq.

Torpaqlarımızı düşmən tapdağından azad ediləndən sonra, yəni, İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur. Bəyantın şərtinə əsasən, Zəngəzur dəhlizi Laçın dəhlizindən fərqli olaraq, maneəsiz olmalı və sülhməramlıların burda yerləşdirilməsilə bağlı zaman məhdudiyyəti yoxdur. Ötən il Əbu-Dabidə, daha sonra Vaşinqtonda keçirilən görüşlərdə Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlindi və qərara əsasən Ermənistan dəhlizin beynəlxalq şirkətin nəzarəti altında fəaliyyət göstərə biləcəyi ilə razılaşdı. Xüsusilə, ABŞ-nin təşəbbüsü ilə iki ölkə arasında danışıqlar sürətlənərək, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 3 tərəfli sülh memorandumunu imzalandı. Həmin mərasimdə Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını və bu müqavilənin daha 99 il uzadılacağını bildirdi.

Bununla əlaqədar olaraq, Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Azərbaycanın postmüharibə dövründə formalaşdırdığı yeni geosiyasi reallıqları, milli maraqlara söykənən qətiyyətli mövqeyini və hədəflərinin dəyişməzliyini bir daha aydın şəkildə ortaya qoydu. Beləliklə, deyilənlərdən görünür ki, Zəngəzur dəhlizi Cənubi Qafqazı Avropa və Asiya ilə birləşdirən daha geniş regional nəqliyyat şəbəkələrinin bir hissəsi kimi görünür. Onun inkişafı cəlb olunan ölkələrin iqtisadi artımına və onların geosiyasi əhəmiyyətinin artmasına töhfə verə bilər. Dəhlizin uğurla həyata keçirilməsi siyasi iradə, təhlükəsizliklə bağlı narahatlıqlar və əsaslı infrastrukturun inkişafına ehtiyac da daxil olmaqla, çətinliklərlə üzləşir.  Zəngəzur dəhlizinin gələcəyi regional geosiyasətdə və beynəlxalq münasibətlərdə böyük maraq və əhəmiyyət kəsb edən mövzu olaraq qalır. Zəngəzur dəhlizinin təkamülü Cənubi Qafqazda regional əməkdaşlığa və iqtisadi inkişafa transformativ təsir göstərməyə hazırdır. Regionda uzun müddətdir davam edən gərginliyi potensial olaraq yumşaldaraq yeni əlaqə və əməkdaşlıq dövrünü simvollaşdırır. Dəhlizin inkişafı təkcə Azərbaycan və Ermənistan üçün əhəmiyyətli deyil, həm də beynəlxalq ticarət və geosiyasi uyğunlaşmalar üçün daha geniş təsirlərə malikdir.


Abbasova Zümrüd,
Xəzər rayonu, İ.Muradov adına 237 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button