
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN telekanalına müsahibə vermişdir. Dövlət başçısının müsahibəsi fevralın 11 də yayımlanmışdır. Prezident bu müsahibədə bir çox məsələlərə aydinliq gətirmişdir. İlk olaraq vurğulamışdır ki, ərazi bütövlüyümüzün bərpası 30 il ərzində demək olar ki, bizim hədəfimizə çevrilmişdir. Hər zaman çalışmışıq ki, buna beynəlxalq hüqüq və normalara uyğun nail olaq. Təəssüf hissi ilə deyə bilərəm ki, heç bir hüquqi normalar və təşkilatlar yardımçı olmadilar. Çünki, verilən qərarlarin heç birinə əməl olunmurdu və ərazi bütövlüyümüz kobudcasina pozulurdu. Bunun üçün bizim özümüz ərazi bütövlüyümüzü bərpa etməli olduq və bu zaman çərçivəsində BMT Təhlükəsizlik Şurasının qərarlarını da tam olaraq nəzərə aldiq. Beləliklə biz ərazi bütövlüyümüzü bərpa etmiş olduq.
Bu gün üçün bizim hədəfimiz Azərbaycanın həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın xəritəsində ön sıralarda olmasıdır. Buna nümunə olaraq biz 200 ölkənin iştirak etdiyi İslam konfransına ev sahibliyi etdiyimizi göstərə bilərik. Ölkəmiz Ümümdünya Ticarət Təşkilatına üzv olmamasına baxmayaraq dünya ölkələri ilə uğurlu ticarət əlaqələrini davam etdirməkdədir. Ötən il Çin ilə strateji tərəfdaşlıq üzrə bəyənnamənin qəbul edilməsi ilə iki ölkə arasındakı tərəfdaşlıq daha da möhkəmləndi. Eyni zamanda bu yaxınlarda Azərbaycan Çin vətəndaşlarına bir sıra güzəştlər tətbiq etmişdir. Belə ki, onlar heç bir viza tələbi olmadan Azərbaycana səyahət edə bilərlər. Bu iki ölkə arasindakı münasibətləri və ölkəmizə turist axınını gücləndirəcək bir addimdir.
Prezident müsahibəsində Şanxay Əməkdaşlıq Təşkilati ilə münasibətlərə də toxunmuşdur. Eyni zamanda bu təşkilata üzv olan ölkələr ilə də çox yaxşı dostluq münasibətlərinin olduğunu da vurğulamışdır. Bununla yanaşı, müsahibədə kiçik ada dövlətlərinin mövcudluğuna təhlükə gündəmə gəlmişdir. Bakida keçirilən COP 29 tədbirində mühüm görüşlərdən biri də kiçik ada dövlətlərini əhatə edirdi. Orada Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü. Bu dəstəyin dunyanin ən zəngin olkələrindən də gözlənildiyini bildirdi. Həmçinin COP 29 da Azərbaycan Qazaxıstan və Özbəkistan Xəzər dənizinin dibi ilə enerji xəttinin çəkilməsi haqqinda müqavilə imzalandı. Bu müqavilə əsasinda Mərkəzi Asiya ilə Azərbaycani enerji xətti bir birinə bağlayacaq. Başqa bir lahiyə ilə belə bir enerji xətti Qara Dənizin dibi ilə Azərbaycandan Avropaya gedəcək.
Çıxışında Prezident İlham Əliyev ABŞ ilə münasibətlərimizdən danışıb. ABŞ prezidenti Baydenin Azərbaycana qarşı ədalətsiz yanaşmasına baxmayaraq münasibətlərin sabit qaldığını bildirib. Bu münasibətlərin qorunub saxlanılmasınin müsbət hal olduğunu bildirmişdir. Çünki, istər ABŞ, istərsə də Çin dünyanın ən böyük iqtisadiyyatina sahib olan ölkələrdir. Biz ümid edirik ki, bu münasibətlər hər zaman davam edəcəkdir.
Sonda İlham Əliyev liderlik haqqında çıxış edib və qürurla bildirib ki, əsl liderlik verilən bütün vədlərə əməl etməkdir. Belə ki, lider hər zaman xalqina, əhalisinə ədalətli olmalidir. Mən 20 ildən artiq Azərbaycan xalqina hər zaman həqiqətləri söyləmişəm. 17 il hakimiyyətdə olduqdan sonra nəhayət vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyümüzü və ləyaqətimizi bərpa etdik. Beləliklə xalqin dəstəyini əldə etmək istəyən liderlərə tövsiyyəm o olardi ki, hər zaman xalqina həqiqətləri söyləmək, xarici təzyiqlərin olmasina baxmayaraq, ölkəniz üçün doğru olani edin. Nəticədə siz özünüz və ölkəniz uğur qazanmış olacaqdır.
Əsgərova Gültac.,
Xəzər rayonu, 334 №li tam orta məktəbin müəllimi