AnalitikaGündəmSiyasət

Çin-Azərbaycan münasibətlərinin inkişafı artan xətt üzrə irəliləyir

44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev cəbhədə qəhrəmanlıq göstərən Azərbaycan ordusu ilə yanaşı, informasiya məkanında gedən müharibədə də qəhrəmanlıqla mübarizə apararaq Azərbaycanın haqq mübarizəsini, haqlı mövqeyini dünyaya çatdırmışdır. 44 gün davam edən müharibə zamanı cənab Prezident 11 ölkənin 26 KİV-nə müsahibə vermişdir. Bu ölkələrin bir çoxu qərəzli suallar hazırlayaraq tərəfli suallar ünvanlamış, ancaq tarixi dəlillərlə cənab İlham Əliyev  tərəfindən susdurulmuşdur. Eləcə də müharibədən sonrakı dövrlərdə də bir çox xarici KİV-ə müsahibə verən Prezident İlham Əliyev ölkə və ölkələrarası proritetləri diqqətdə saxlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN telekanalına müsahibə verib. Müsahibədə bir çox proritet məsələlərə diqqət çəkilmişdir. Müsahibə zamanı müxtəlif məsələlərə toxunan cənab Prezident bildirmişdir ki, Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda çox maraqlıdırlar.

Çin-Azərbaycan münasibətlərinin inkişafı artan xətt üzrə irəliləyir. Çin vətəndaşları üçün vizanın aradan qaldırılması bu inkişafın göstəricilərindən biridir.

Xarici dövlətlərlə qarşılıqlı münasibətlərin inkişafına hər zaman xüsusi önəm verən ölkəmiz, dövlətlərarası qarşılıqlı maraqların təmin edilməsi istiqamətində  əməkdaşlıqlarını davam etdirir. Çin və Azərbaycan arasında diplomatik münasibətlərlə yanaşı sosial-iqtisadi əməkdaşlıq qurulmuşdur və daha da inkişafın  təmin edilməsi istiqamətində addımlar atılır.

Damla Həsənzadə,
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin tarix müəllimi 

Oxşar Xəbərlər

Back to top button