
Türk cəmiyyətində qadınların rolu həmişə böyük olmuşdur.Ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında və bugünki müasir səviyyəyə çatmasında qadınların rolu və xidməti əvəzsizdir. Elə bir sahə yoxdurki,qadınların fəaliyyəti olmadan orda müvəffəqiyyətlər qazanılsın, uğurlar əldə edilsin.
Azərbaycanın ictimai həyatında qadınların fəallığı günbəgün artır.Tarixin çətin sınaqlarından keçən Azərbaycan qadını hər zaman öz yolunu işıqlandırmağı bacarıb. Qədim dövrlərdən bəri Azərbaycan qadını Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdır. Şəmsəddin Eldənizin yaxın məsləhətçisi olan Mömünə xatun dövlət işlərində mühüm rol oynamış, xalqın vəziyyəti ilə maraqlanmışdır.
Oğuz türklərinin qəhrəmanlıq salnaməsi olan “Kitabi-Dədə Qorqud “ dastanında oğuzlar ananı müqəddəs hesab edir, ana haqqını Tanrı haqqına bərabər tutur, qadınlara xüsusi hörmət göstərirdilər. Azərbaycan tarixində misilsiz xitmətlər göstərən qadınlardan biri də Heydər Əliyev irsinin davamçılarından olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. O ölkənin ictimai- siyasi həyatında yaxından iştirak edir.
Nübar Əliyeva,
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin kitabxana müdiri