
27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən biri kimi Azərbaycan dövlətçiliyi tarixində qızıl hərflərlə yazılmışdır. Bu təşəbbüs milli oyanışın, dilə olan sevginin və milli şüurun yüksəlişinin simvoluna çevrilmişdir.
Azərbaycan xalqının milli-mənəvi sərvətlərindən biri olan Azərbaycan dili əsrlər boyu xalqın yaddaşını, mədəniyyətini və kimliyini yaşadan əsas amillərdən biri olmuşdur. Bu dilin dövlət səviyyəsində tanınması isə tariximizin ən önəmli hadisələrindən biridir. 1978-ci il aprelin 27-də qəbul edilən Azərbaycan SSR-in yeni Konstitusiyası ilə Azərbaycan dili ilk dəfə olaraq rəsmi şəkildə dövlət dili statusunu qazandı. Bu tarixi hadisə məhz Ulu Öndər Heydər Əliyevin böyük siyasi iradəsi və uzaqgörənliyinin nəticəsi idi.
Bu gün Azərbaycan dili yalnız ölkəmizin deyil, dünya azərbaycanlılarının da kimlik rəmzidir. Biz bu dildə düşünür, bu dildə sevir, bu dildə tariximizi yazırıq. Bu dil bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir.
Bütün bunların təməlində dayanan isə Ulu Öndər Heydər Əliyevin 1978-ci ildə atdığı cəsarətli və tarixi addımdır. O, böyük uzaqgörənliklə Azərbaycan dilinə dövlət dili statusu qazandırmaqla, gələcək nəsillərin mədəni və milli inkişafının yolunu açdı. Bu gün biz iftixarla deyə bilərik: Azərbaycan dili bizim dövlət dilimizdir və bu, Heydər Əliyevin əvəzsiz xidmətlərinin nəticəsidir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi