GündəmSosial

Gəncədə yük maşını yaşlı qadını vurub öldürdü

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələn qəza baş verib.

Obyektivxeber.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən 1966-cı il təvəllüdlü Rəna Məmmədovanı vurub.

59 yaşlı qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

İlkin məlumata görə, piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur.

Rəna Məmmədovanın hadisənin baş verdiyi əraziyə yaxınlıqda yerləşən Gəncə şəhər 11 nömrəli tam orta məktəbdə müəllim işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər

Back to top button