
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənclər və könüllülər üçün təşkil etdiyi “Qış məktəbi”nin iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Obyektivxeber.az xəbər verir ki, ziyarət zamanı gənclərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib.
Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir.
Mərkəzlə tanışlıq “Qış məktəbi”nin iştirakçılarında zəngin təəssürat doğurub.
#YAPNizami #YAPNizamiQisMektebi












