AnalitikaGündəmSiyasət

Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır

Azərbaycanın idman salnaməsinə daha bir şərəfli səhifə əlavəolundu. Bu dəfə uğurun mərkəzində əzmkarlıq, qətiyyət milli ruhun parlaq təcəssümü olan güləş dayanırdı. Albaniyanınpaytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatındaAzərbaycan güləşçiləri komanda hesabında birinci yerəyüksələrək bir daha nümayiş etdirdilər ki, qalibiyyət bu xalqınxarakterindədir.

Bu böyük nailiyyətdən sonra Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev idmançılar onların məşqçiləriilə görüşərək hər birinin zəhmətini yüksək dəyərləndirdi. Dövlət başçısının sözləri bu uğurun mahiyyətini dəqiq ifadəedir: “Bu qələbə bizim hamımızı sevindirdi.” Hər bir medalınarxasında illərlə davam edən zəhmət, yorucu məşqlər sarsılmaz inam dayanır. Azərbaycan güləş məktəbi uzunmüddətdir ki, öz gücünü təsdiqləyir bu nəticələr heç təsadüfi deyil. Dövlət başçısının vurğuladığı kimi, bu gün həmAvropa, həm dünya miqyasında rəqabət son dərəcəkəskindir. Belə bir şəraitdə zirvəyə yüksəlmək yalnız güclü hazırlıqlı idmançılara nəsib olur. “Mübarizə çox gərgin idi. Bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləriədalətli mübarizədə məğlub etmişlər.” Bu fikirlər Azərbaycanidmançısının xarakterinidürüstlük, peşəkarlıq qalibiyyətəzmini aydın şəkildə əks etdirir.

İdmanın ən duyğulu anı isə bayrağın ucaldılması, himninsəsləndirilməsi milyonlarla insanın eyni hissləripaylaşmasıdır. Bu anlar yalnız idman uğuru deyil, həm millikimliyin dövlətçilik şüurunun təntənəsidir. “Hər dəfəbeynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütünAzərbaycan xalqı qürur hissi keçirir.” Bu qürur yalnız bu günündeyil, gələcəyin təminatıdır. Bu ruhla böyüyən gənclərsabahın qaliblərinə çevrilir. Azərbaycan idmanında diqqəti cəlbedən əsas məqamlardan biri davamlılıqdır. Keçmişçempionlar bu gün gənc nəslin formalaşmasında mühüm roloynayır. Bu isə artıq sadəcə idman deyil, bütöv bir məktəb, ənənə dəyərlər sistemidir.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “İndi isəonların yetirmələri bizi sevindirir.” Bu ardıcıllıq Azərbaycanidmanının möhkəm təməllər üzərində qurulduğunu göstərir. Əldə olunan uğurlar sistemli məqsədyönlü dövlət siyasətininnəticəsidir. Regionlarda yaradılan müasir idman infrastrukturu, keçirilən beynəlxalq yarışlar idmançılara göstərilən diqqətbu sahəyə verilən yüksək önəmin göstəricisidir. Bu günAzərbaycan yalnız yarışlarda qalib gələn ölkə deyil, həm beynəlxalq idman ictimaiyyətinin etibarlı güclü üzvüdür.

Albaniyada qazanılan bu uğur bir daha sübut edir ki, Azərbaycan idmanı inkişaf yüksəliş mərhələsindədir. Buinkişaf təkcə idman arenaları ilə məhdudlaşmır, xalqın ruhunda, gənclərin düşüncəsində dövlətin gücündə öz əksini tapır. Azərbaycan güləşçiləri bir daha nümayiş etdirdilər ki, qələbətəsadüf deyil – o, zəhmətin, inamın milli ruhun nəticəsidir. Bu uğurun mühüm tərəflərindən biri ölkənin idmancoğrafiyasının genişlənməsidir. Artıq təkcə paytaxt deyil, regionlar da böyük nailiyyətlərin əsas mənbəyinə çevrilir. Müasir Olimpiya kompleksləri yaradılan şərait sayəsindəucqar bölgələrdən belə istedadlı gənclər üzə çıxaraq beynəlxalqarenalarda ölkəmizi layiqincə təmsil edirlər. Bu proses idmanınkütləviliyini artırmaqla yanaşı, sosial inkişafı sürətləndirir, gəncləri sağlam həyat tərzinə yönəldir cəmiyyətin ümumirifahına müsbət təsir göstərir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button