
4 may 2026-cı ildə Prezident İlham Əliyev ilə Giorgia Meloni arasında Bakıda keçirilən görüş Azərbaycan–İtaliya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər yalnız ikitərəfli əlaqələri deyil, həm də regiondakı geosiyasi balansı əks etdirən mühüm hadisədir. Xüsusilə Meloninin əvvəlcə Ermənistana, sonra isə Azərbaycana səfər etməsi diplomatik baxımdan diqqət çəkir.
Azərbaycan ilə İtaliya arasında münasibətlər artıq sadə diplomatik çərçivəni aşaraq strateji tərəfdaşlığa çevrilib. Bu əməkdaşlıq xüsusilə enerji sahəsində özünü daha aydın göstərir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artmaqdadır və İtaliya bu sahədə əsas tərəfdaşlardan biridir. Qaz ixracının böyük hissəsinin İtaliyaya yönəlməsi tərəflər arasında qarşılıqlı etibarı və asılılığı gücləndirir.
Eyni zamanda, iqtisadi əlaqələr də sürətlə inkişaf edir. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olması və yüksək ticarət dövriyyəsi bunu sübut edir. Azərbaycan sərmayələrinin İtaliya iqtisadiyyatına yönəldilməsi, eləcə də İtaliya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi layihələr əməkdaşlığın geniş miqyas aldığını göstərir.
Son dövrlərdə hərbi-texniki əməkdaşlıq da ön plana çıxır. Bu sahədə birgə layihələr regionda müdafiə potensialının gücləndirilməsinə töhfə verə bilər. Bu görüşdən sonra Azərbaycan–İtaliya münasibətləri daha da dərinləşərək enerji, iqtisadiyyat və digər sahələri əhatə edən çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir. Bu əməkdaşlıq həm regional sabitliyə, həm də Avropa ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsinə xidmət edir.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



