
Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısıkeçirilib. Tarixi əhəmiyyət daşıyan bu tədbirdəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevvideobağlantı formatında çıxış edərək regionda sülhprosesi, əldə olunan nailiyyətlər və bəzi Avropaqurumlarının ikili standartları barədə vacib mesajlarverib. Zirvədə həmçinin Ermənistanın Baş naziri NikolPaşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski vəKanada Baş naziri Mark Karni də çıxış ediblər.
Prezident İlham Əliyev çıxışında bir il öncə TiranadaZirvə görüşünün 2026-cı ilin mayında Ermənistandatəşkil olunması ideyasını dəstəklədiyini, lakin tarazlıyanaşmanın saxlanılması üçün növbəti ZirvəninAzərbaycanda keçirilməsini təklif etdiyini bildirib. Bu təklif qəbul olunub və dövlət başçısı “Avropa SiyasiBirliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanadəvət edib.
Diqqətçəkən məqam odur ki, Ermənistan bunamizədliyi dəstəkləyib. Prezident İlham Əliyev bunu“Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisi” adlandırıb. O qeyd edib ki, iki ölkə cəmi doqquz aydır sülh şəraitində yaşayır vəsülhdə yaşamağı öyrənir. Ermənistanın Baş naziriNikol Paşinyan da öz çıxışında bu dəstəyitəsdiqləyərək, ilk dəfədir ki, Azərbaycan Prezidentininonlayn formatda olsa da Ermənistanda keçiriləntədbirdə iştirak etdiyini vurğulayıb və 2028-ci ildəAzərbaycana səfər etməyə ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev sülh qurulduqdan sonra atılmışkonkret addımları da açıqlayıb. Xatırladaq ki, ötən ilinavqustunda Vaşinqtonda Ağ Evdə Ermənistan vəAzərbaycan liderləri Birgə Bəyannamə imzalayıblar, həmçinin xarici işlər nazirləri sülh sazişinin mətniniparaflayıblar.
Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütüntranzit məhdudiyyətlərini birtərəfli qaydada aradanqaldırıb. Nəticədə, bu günə qədər ErmənistanaAzərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Bundan əlavə, Azərbaycan ilk dəfə olaraq öz neftməhsullarını – benzin və dizeli Ermənistana təchizetməyə başlayıb. İndiyədək 12 min ton neft məhsullarıErmənistana ixrac edilib. Beləliklə, iki ölkə arasındaticarət münasibətləri başlayıb.
Sülh sahəsində digər nailiyyət isə “TrampınBeynəlxalq Sülh və Rifah Marşrutu” layihəsidir. Bu marşrut Azərbaycanı Naxçıvanla birləşdirəcək və eynizamanda Orta Dəhlizin bir hissəsinə çevriləcək. Prezident vurğulayıb ki, həm Ermənistan, həm dəAzərbaycan sülhün əyani nəticələrini artıq görürlər.
Prezident İlham Əliyev Avropa Komissiyasının sülhprosesində tutduğu mövqeyə görə təşəkkürünü bildirsədə, təəssüflər olsun ki, Avropa Parlamenti və AvropaŞurası Parlament Assambleyası (AŞPA) sülhprosesində konstruktiv mövqe sərgiləmir və ikilistandartlar nümayiş etdirirlər.
Dövlət başçısı xatırladıb ki, Azərbaycan 2001-ci ildənAvropa Şurasının üzvüdür, lakin 2023-cü ilinsentyabrında Qarabağda separatçılığa son qoyulduqdancəmi dörd ay sonra AŞPA Azərbaycan nümayəndəheyətinə sanksiyalar tətbiq edib. “Azərbaycanın ərazibütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədəreyni dəyərə malikdir. Bu məsələdə ikili standartlarqəbuledilməzdir,” – deyə Prezident vurğulayıb.
Avropa Parlamentinə gəlincə, Prezident İlham Əliyevbildirib ki, bu qurum sülh prosesinə dəstək verməkəvəzinə ona qarşı sabotajla məşğul olur. 2021-ci ilinmayından 2026-cı ilin aprelin 30-dək AvropaParlamenti Azərbaycanla bağlı 14 qətnamə qəbul edib. Ən sonuncu qətnamə bilərəkdən Zirvə görüşüərəfəsində, cəmi dörd gün əvvəl qəbul edilib.
“Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanlarınməsələsi kimi fundamental problemləri həll etməkəvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfəalır” – deyə dövlət başçısı vurğulayıb. Səbəb isəAzərbaycanın öz ərazi bütövlüyünü və suverenliyinibərpa etməsi, separatçılığa son qoyması və müharibəcinayətkarlarını ədalət mühakiməsinə cəlb etməsidir.
Cavab olaraq, Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığıdayandırmaq və Avronest Parlament Assambleyasındaüzvlüyün dayandırılması ilə bağlı rəsmi qərar qəbuledib.
Çıxışının yekununda Prezident İlham Əliyev Baş nazir Paşinyanı Zirvə görüşünün Ermənistanda keçirilməsimünasibətilə təbrik edib və vurğulayıb: “Prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir.”
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta buZirvəni “Avropada bir sülh hekayəsi” adlandıraraq, eskalasiya və müharibənin hökmranlıq etdiyi birdünyada bu razılaşmanın alqışlanmalı olduğunubildirib. Ukrayna Prezidenti Volodimir Zelenski isəErmənistana və Azərbaycana dayanıqlı, hərtərəfli vəuzunmüddətli sülh arzuladığını xüsusi vurğulayıb. Kanada Baş naziri Mark Karni də iki ölkə arasında əldəolunan tərəqqiyə görə təbriklərə qoşulub.
Güləhməd İmanov ,
Filologiya üzrə elmlər doktoru, BDU-nun başmüəllimi



