AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Özbəkistan: siyasi həmrəylikdən iqtisadi və strateji tərəfdaşlığa

Azərbaycan-Özbəkistan əlaqələrinin müasir vəziyyəti Prezident İlham Əliyevin genişmiqyaslı müsahibəsində öz əksini tapıb. Prezident İlham Əliyev bildirib ki, qədim tarixi və mənəvi köklərə əsaslanan bu birlik hazırda iki güclü və suveren dövlətin sarsılmaz müttəfiqliyinə çevrilmişdir. Siyasi və institusional əlaqələrin möhkəmlənməsi məsələsinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, ali səviyyəli təmaslar hər iki ölkənin qlobal arenadakı mövqeyini gücləndirir. Daşkənddə və Bakıda keçirilən iclaslar birgə fəaliyyət əzmini nümayiş etdirir.

İqtisadi əməkdaşlığın gələcək perspektivlərini dəyərləndirən Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın rolunu diqqətə çatdırıb. Artan ticarət həcmləri və qarşılıqlı investisiyalar ölkələrimizin iqtisadi müstəqilliyini və dayanıqlılığını daha da artırır. Strateji logistika və enerji keçidi mövzusunda çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, müasir qlobal çağırışlara ortaq cavablar tapılır. Xüsusilə Orta Dəhlizin inkişafı region ölkələrinin dünya bazarlarına daha təhlükəsiz çıxışını təmin edir. Mədəni-humanitar sahədə, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımlar qardaşlığımızın sütunudur. Prezident İlham Əliyevin fikrincə, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ölkəmizin ‘C6’ formatında iştirakı bu əlaqələrin sadəcə regional deyil, beynəlxalq səviyyədə də böyük gücə malik olduğunu təsdiqləyir.

Nuray Kərimli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button