GündəmSosial

Astara şəhəri, H. Əliyev prospekti 122 və S.Vurğun küç, 15 ünvanları üzrə ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbirlər keçirilib

Astara şəhəri, Heydər Əliyev prospekti, 122 (Astara şəhər 5 saylı tam orta ümumtəhsil məktəbi) və S.Vurğun küçəsi, 15 (Astara rayon Gigiyena və Epidemiologiya Mərkəz) ünvanları ərazi partiya təşkilatlarında Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayına həsr olunmuş tədbir keçirilib.

Tədbirlərdə əvvəlcə Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyəti, ölkənin ictimai-siyasi həyatında partiyanın rolu və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Çıxış edən Astara şəhər 5 saylı tam orta ümumtəhsil məktəbinin direktoru, ərazi partiya təşkilatının sədri Arzu Əhmədova, məktəbin müəllimləri Zamirə Mikayılova, Coşqun Nağıyev və Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Natiq Əliyev, əməkdaşlar Famil Abdullayev və Ülviyyə Babayeva Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn məsələlərə toxunublar.
Çıxışlarda VIII Qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Eyni zamanda, partiya fəallarının üzərinə düşən vəzifələr, ideoloji işin müasir tələblərə uyğun qurulması, gənclər arasında milli-mənəvi dəyərlərin təbliği və partiyanın ideyalarının təşviqi istiqamətində görüləcək işlər barədə ətraflı danışılıb.
Sonunda partiya fəallarının fəaliyyətinin daha da gücləndirilməsinin, ideoloji işin səmərəliliyinin artırılmasının və qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Oxşar Xəbərlər

Back to top button