AnalitikaDünyaGündəmSiyasət

Türk dünyasının güclənməsində Azərbaycan–Özbəkistan amili

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə son müsahibəsi strateji tərəfdaşlığın davamlı inkişafının bariz göstəricisidir. Dövlət başçısı bu münasibətlərin səmimi dostluq, qarşılıqlı hörmət və etimad üzərində formalaşaraq sarsılmaz qüvvəyə çevrildiyini qeyd etmişdır. Siyasi və institusional əlaqələrin möhkəmlənməsi məsələsinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, ali səviyyəli təmaslar hər iki ölkənin qlobal arenadakı mövqeyini gücləndirir. Daşkənddə və Bakıda keçirilən iclaslar birgə fəaliyyət əzmini nümayiş etdirir. İqtisadi sahədə qeydə alınan artım müsahibənin mühüm tezislərindəndir.

Prezident İlham Əliyev qeyd edir ki, 2025-ci ildə ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, eləcə də 500 milyon dollarlıq birgə İnvestisiya Şirkətinin yaradılması böyük iqtisadi potensialdan xəbər verir. Strateji logistika və enerji keçidi mövzusunda çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, müasir qlobal çağırışlara ortaq cavablar tapılır. Xüsusilə Orta Dəhlizin inkişafı region ölkələrinin dünya bazarlarına daha təhlükəsiz çıxışını təmin edir. Nəticə olaraq, Prezident İlham Əliyevin müsahibəsindən çıxan əsas qənaət ondan ibarətdir ki, ortaq dəyərlərə sahib olan Azərbaycan və Özbəkistan sarsılmaz birlik nümayiş etdirir. Türk dünyasının inteqrasiyasına xidmət edən bu əlaqələr regionumuzun çiçəklənən gələcəyinin ən etibarlı təminatçısıdır.

Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button