Gündəmİdman

Ronaldo və Messi eyni komandada oynayacaq – Rəsmi

Argentina millisinin sabiq ulduzu Karlos Tevez Kriştianu Ronaldo və Lionel Messinin eyni komandada oynayacağını açıqlayıb.

Aktualinfo Media Qrup “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, o, Buenos Ayresdəki “La Bombonera” stadionunda keçiriləcək vida matçında hər iki superulduzun meydana çıxacağını bildirib.

“İkisi ilə də danışdım və razılıq verdilər. Vida matçımda onlar eyni komandada oynayacaqlar”.

Qeyd edək ki, Karlos Tevezin vida matçı bu ilin dekabrında baş tutacaq. K.Tevez Ronaldo ilə “Mançester Yunayted”də komanda yoldaşı olub. Lionel Messi ilə isə Argentina yığmasında birlikdə oynayıb.

Oxşar Xəbərlər

Back to top button