AnalitikaGündəmSiyasət

3 Oktyabr 1993-cü il: Xalqımızın ümid yeri Ulu Öndər Heydər Əliyev

Azərbaycanın inkişaf yolu xəritəsi artıq çəkilir, Bəli Ulu Öndərin xalqın təkildi tələbi ilə hakimiyyətə gəlməsi Azərbaycanın hərtərəfli inkişafına oldu, Azərbaycan beynəlxalq aləmdə öz addımlarını atdı. 3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan tarixi günlərdən biridir. Həmin gün keçirilmiş prezident seçkilərində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə ölkənin mürəkkəb ictimai-siyasi proseslər yaşadığı bir dövrdə baş verməsi ilə xüsusi əhəmiyyət kəsb edirdi.

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə siyasi və iqtisadi çətinliklər, ictimai-siyasi sabitliyin pozulması, idarəetmə problemləri və digər ciddi məsələlər mövcud idi. Belə bir şəraitdə xalqın böyük hissəsi Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsinə və dövlət idarəçiliyi sahəsindəki fəaliyyətinə ümid bəsləyirdi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin siyasi həyatında yeni mərhələ başladı. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi, qanunçuluğun və sabitliyin təmin olunması, dövlət institutlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətində Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi əsas istiqamətlərdən biri oldu. Onun rəhbərliyi dövründə Azərbaycanın dövlət atributlarına, milli maraqlara və dövlətçilik prinsiplərinə xüsusi diqqət yetirildi. Dövlət quruculuğu prosesinin təkmilləşdirilməsi və idarəetmə sisteminin formalaşdırılması istiqamətində mühüm işlər görüldü. Həmin dövrdə Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi də dövlət siyasətinin əsas istiqamətlərindən biri idi. Ölkənin iqtisadi potensialından səmərəli istifadə edilməsi, xarici investisiyaların cəlb olunması və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm addımlar atıldı.

1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın enerji strategiyasının formalaşmasında mühüm hadisələrdən biri oldu və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə şərait yaratdı. Ulu Öndər Heydər Əliyevin xarici siyasət fəaliyyətində Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə müdafiəsi, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin qurulması və ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi mühüm yer tuturdu. Bu siyasət Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsinə yönəlmişdi. Ümummilli Liderin siyasi fəaliyyətində gənclər siyasəti də mühüm istiqamətlərdən biri idi. Gənclərin təhsil alması, ictimai həyatda fəal iştirakı, milli-mənəvi dəyərlərə bağlılığı və ölkənin inkişafında rolunun artırılması üçün müxtəlif tədbirlər həyata keçirildi. Bu siyasətin davamlılığı sonrakı dövrlərdə də dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qorunub saxlanıldı.

3 oktyabr 1993-cü il yalnız prezident seçkisinin Azərbaycanın müasir dövlətçilik tarixində mühüm siyasi mərhələnin başlanğıcı kimi yadda qalıb. Bu tarix Azərbaycan xalqının dövlətçilik irsində xüsusi yer tutur. Bu gün Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi Azərbaycan tarixinin mühüm səhifələrindən biri kimi öyrənilir. Onun müəyyən etdiyi dövlətçilik ənənələri və siyasi kurs sonrakı illərdə Azərbaycanın inkişaf prosesində öz əksini tapıb. Bir gənc olaraq hesab edirəm ki, Azərbaycan dövlətçiliyinin tarixini öyrənmək, keçmişdən nəticə çıxarmaq və ölkəmizin gələcək inkişafında fəal iştirak etmək hər bir gəncin qarşısında duran mühüm vəzifələrdəndir. Tarixi şəxsiyyətlərin dövlətçilik irsinin gənc nəslə çatdırılması milli yaddaşın qorunması və vətəndaşlıq mövqeyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

3 oktyabr tarixi Azərbaycan dövlətçiliyinin inkişaf yolunda mühüm hadisələrdən birini xatırladır. Bu əlamətdar tarix münasibətilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, onun dövlətçilik irsinin gələcək nəsillər tərəfindən öyrənilməsi üçün çalışacağıq.

Maqsud Əhmədzadə,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button